12px13px15px17px
Tarix:02/05/14

Heydər Əliyevin 91-ci il doğum günü münasibəti ilə “Ən yaxşı bloq” müsabiqəsi başlayır

Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu və “Demokratik Gənclər” İctimai Birliyi ulu öndər Heydər Əliyevin 91-ci il doğum günü münasibəti ilə “Ən yaxşı bloq” müsabiqəsini elan edir. Müsabiqədə iştirak etmək istəyənlər öz yaratdıqları bloqların linklərini “musabiqe.blog@gmail.com” ünvanına göndərməlidirlər.
 
Müsabiqənin şərtlərinə görə, hazırlanan işlər “Blogspot.com” saytında hazırlanmalı; hazırlanan bloqda Heydər Əliyev və Müasir Azərbaycan Təhsili bölməsi öz əksini tapmalıdır. Bloqda öz əksini tapan bütün məlumatlar əgər özü tərəfindən deyil, digər bir insan tərəfindən hazırlanıbsa, o zaman müəlliflik hüquqları qorunmalıdır.
 
Hər materialın mənbələrinə istinad mütləq göstərilməlidir. Sonda münsiflər tərəfindən 3 nominasiya üzrə mükafatlandırma olacaq:
 
- “Ən yaxşı dizayn” (3 yer),
 
- “Ən yaxşı məzmun” (3 yer),
 
- “Ən yaxşı veb-resursu” (3 yer)
 
 Qeyd edək ki, üçüncü  bölmədə müəllifin müxtəlif  veb 2.0 alətlərindən istifadə edərək hazırladığı müxtəlif resurslar nəzərdə tutulur.
 
 Təşkilat Komitəsindən bildirilib ki, hər bir nominasiya üzrə əlavə olaraq 3 həvəsləndirici yer ayrılacaq.
 
Bütün bu nominasiyaların hamısını özündə əks etdirən ən yaxşı 1 bloq sahibi müsabiqənin xüsusi nominasiyası olan “Ən yaxşı bloqçu” fəxri adına layiq görüləcək. İşlərin son göndərilmə tarixi 10 maydır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2050

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024