Tarix:10/06/14
Poçt maliyyə və ödəniş sistemlərinə həsr olunan tədbirdə ölkəmizi “Azərpoçt” MMC-nin nümayəndəsi təmsil edəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, konfransda Azərbaycan və Qazaxıstanın bank-maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirdiyi işlər region ölkələrinə nümayiş etdiriləcək. Bundan başqa, qabaqcıl təcrübə kimi Fransa və İtaliyanın əldə etdiyi nəticələr də tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.
Konfransda poçt ödəniş xidmətləri sahəsində yeni xidmətlərin təşkili, poçt ödəniş xidmətlərinə standartların tətbiq edilməsi, Ümumdünya Poçt İttifaqının “STEFİ” pulköçürmələri vasitəsi ilə həyata keçirilən elektron pul baratlarının tariflərinə yenidən baxılması və onun aşağı salınmasına, eyni zamanda çoxtərəfli müqavilələrlə bağlı irəli sürülən təkliflərə baxılacaq.
Sözügedən regional tədbirin düzənlənməsində əsas məqsəd bu xidmətlərin daha da inkişaf etdirilməsi və onlardan istifadə edən müştərilərin sayını artırmaq üçün xidmət haqlarının qiymətlərinin aşağı salınmasıdır.
SEYMUR
Azərbaycan təcrübəsi Astanada region ölkələrinə nümayiş etdiriləcək
Cari ilin 11-12 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Ümumdünya Poçt İttifaqı tərəfindən həyata keçirilən kompleks layihələr çərçivəsində “Elektron ödəniş xidmətlərinin inkişafı və təkmilləşdirilməsi” mövzusunda regional konfrans düzənlənəcək.Poçt maliyyə və ödəniş sistemlərinə həsr olunan tədbirdə ölkəmizi “Azərpoçt” MMC-nin nümayəndəsi təmsil edəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, konfransda Azərbaycan və Qazaxıstanın bank-maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirdiyi işlər region ölkələrinə nümayiş etdiriləcək. Bundan başqa, qabaqcıl təcrübə kimi Fransa və İtaliyanın əldə etdiyi nəticələr də tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.
Konfransda poçt ödəniş xidmətləri sahəsində yeni xidmətlərin təşkili, poçt ödəniş xidmətlərinə standartların tətbiq edilməsi, Ümumdünya Poçt İttifaqının “STEFİ” pulköçürmələri vasitəsi ilə həyata keçirilən elektron pul baratlarının tariflərinə yenidən baxılması və onun aşağı salınmasına, eyni zamanda çoxtərəfli müqavilələrlə bağlı irəli sürülən təkliflərə baxılacaq.
Sözügedən regional tədbirin düzənlənməsində əsas məqsəd bu xidmətlərin daha da inkişaf etdirilməsi və onlardan istifadə edən müştərilərin sayını artırmaq üçün xidmət haqlarının qiymətlərinin aşağı salınmasıdır.
SEYMUR
Baxış sayı: 834
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək