12px13px15px17px
Tarix:23/06/14

Azərbaycan Tacikistan və Qırğızıstanla “STEFİ” sistemi üzərindən elektron pulköçürmələri sistemini bu il ərzində istifadəyə verəcək

Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu il ərzində  daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdir müavini,  poçt sektorunun müdiri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Qırğızıstan və Tacikistan  poçt operatoru ilə əldə edilmiş razılaşma əsasında bu ölkə ilə “STEFİ” üzərindən elektron pulköçürmələri sisteminin işə salınması istiqamətində işlər aparılır.

“Qırğızıstanda və Tacikistanda sistemin işə salınması ilə bağlı texniki problemlər ortaya çıxdığına görə bu planlar bir az təxirə salınır. Lakin bu il ərzində elektron pulköçürmələri sistemi istifadəyə vermək niyyətindəyik”, - deyə o bildirib.

Aynur Vəliyeva





Baxış sayı: 772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024