12px13px15px17px
Tarix:25/07/14

Azərbaycandan xaricə göndərilən poçt göndərişləri ünvanına çatana qədər izlənilir

 “Azərpoçt” MMC beynəlxalq bağlamaların axtarışına dair internet sorğu sistemini (“Cricket”) genişləndirib. Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu il ərzində  400 ədəddən artıq sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.
 
“Azərpoçt” MMC bu sistem vasitəsi ilə hazırda dünyanın 160-a yaxın ölkəsi ilə əməkdaşlıq edir. “Azərpoçt” MMC bundan başqa dünyanın 90-a qədər ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair müştəri xidmətləri - İnternetlə elektron sorğu sistemindən (PEIME) istifadə edir. Bu barədə müəssisədən verilən məlumatda geniş açıqlama verilir ki, bu sistemlərə qoşulmaqla Azərbaycan poçt operatoru xaricə göndərilən istənilən poçt göndərişinin ünvanına çatana qədər izləyə bilir. Vətəndaş internet xidmətlərindən faydalanaraq bu barədə məlumatlandırıla bilər. Vətəndaş həmçinin fərdi qaydada da bu informasiyanı əldə edə bilər.
 
  “Azərpoçt” MMC beynəlxalq sadə məktub korrespondensiyasının keçidi üzrə bir sıra MDB ölkələri ilə ikitərəfli yoxlamalar həyata keçirib.
 
Eyni zamanda qiymətləndirilmə metodundan asılı olaraq sistematik, tam və ya seçmə üsulu ilə vaxtaşırı olaraq keyfiyyət göstəricilərinin monitorinqi aparılaraq, xidmətin keyfiyyətinə mənfi təsir göstərən amillər aşkar edilərək onların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilib.
 
Qlobal Monitorinq Sistemi (GMS) vasitəsilə ÜPİ-nin təşkilatçılığı ilə cari ilin I yarımilliyində göndərilən nəzarət məktubları təyin edilmiş normativlərə uyğun olaraq ünvan sahiblərinə çatdırılıb.“Azərpoçt” MMC 2013-cü il və 2014-cü ilin I yarımilliyi üzrə beynəlxalq bağlamaların məlumatlarının (EDİ mesajlarının) vaxtında işlənməsi və “Cricket” sorğu sistemi üzrə ÜPİ tərəfindən təyin olunmuş mövcud normativləri tam olaraq yerinə yetirib.
 
 
RƏVAN



Baxış sayı: 910

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024