12px13px15px17px
Tarix:08/08/14

Ümumdünya Poçt İttifaqı poçt fəaliyyəti nəticəsində havaya atılan parnik qazları tullantılarının miqdarını ölçəcək

Ümumdünya Poçt İttifaqı (ÜPI) poçt sektoru üzrə ekoloji sağlamlığın qorunması ilə bağlı səylərini artırır. Belə ki, beynəlxalq qurum poçt fəaliyyəti nəticəsində atmosferə atılan parnik qazları tullantılarının həcmini ölçəcək.
 
ÜPİ-nin məlumatına görə, istixana effekti yaradan qazların miqdarının təyin edilməsi prioritet addım olaraq, son iki qurultayda önə çəkilib.
 
Xüsusilə 25-ci Ümumdünya Poçt Konqresində qabardılan bu məsələ ətraf mühitə poçt fəaliyyətinin neqativ təsirinin azaldılması ilə bağlı bir sıra proqramların icrasına, parnik qazları tullantılarının ixtisarına yönəldilən tədbir kimi müvafiq qətnamədə əksini tapıb. Bununla bağlı olaraq, beynəlxalq büro sözügedən sahədə artıq beşinci hesablamanı – "Parnik qazlarının inventarizasiyası - 2014"-ü həyata keçirməyə qərar verib. Hesablamaların həyata keçirilməsi üçün ÜPİ üzvlərinə göndərilən sorğu vərəqələri sentyabrın 15-nə qədər tamamlanaraq, elektron poçtla (anne-claire.blet@upu.int) təşkilata təqdim olunmalıdır.
 
 
Qeyd edək ki, atmosfer havasına atılmış zərərli maddələrin ümumi miqdarına stasionar (mütəşəkkil və qeyri-mütəşəkkil) və qeyri-stasionar (səyyar) mənbələrdən hava hövzəsinə atılan çirkləndirici maddələr daxildir. Azərbaycanın Dövlət Statistika Komitəsinin "Ekologiya statistikası"na əsasən, çirkləndirici maddələrin qazburaxan və ya hava boruları (tüstü boruları, aerasion fənərlər, ventilyasiya şaxtaları və s.) sistemi vasitəsilə hava hövzəsinə daxil olduğu qeyri-səyyar mənbələr atmosfer havasına zərərli maddələr atan mütəşəkkil stasionar mənbələrə aiddir.
 
 Bununla yanaşı, qazburaxan və ya hava boruları sistemi zərərli maddələrin tutulması və zərərsizləşdirilməsi üçün müvafiq qaztəmizləyici və toztutan qurğuların tətbiq olunmasına imkan verir. Texnoloji qurğuların qeyri-germetikliyi, müxtəlif çənlərin, yükləmə-boşaltma sistemlərinin (məsələn, sement yüklənib boşaldılarkən) lazımınca təchiz olunmaması nəticəsində zərərli maddələri birbaşa hava hövzəsinə atan qeyri-səyyar mənbələr də həmçinin atmosferi çirkləndirən qeyri-mütəşəkkil mənbələrdir.
 
Yanan zibilxanalar və s. də bura aid edilir. Zərərli maddələrin atılması çirkləndirici maddələrin bütün həcminə və onların növlərinə görə hesablanır; təmizlənməyən və qaz-toz təmizləyən qurğulardan keçdikdən sonra atmosferə atılan tullantılar xüsusən fərqləndirilir. Ayrı-ayrı şəhərlər və sənaye mərkəzləri üzrə zərərli maddələrin atılması hesablanarkən şəhər hüdudlarında yerləşən müəssisələrin hava hövzəsinə atdıqları tullantılar nəzərə alınmalıdır.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024