Tarix:14/08/14
"Relyefin mürəkkəb olmasına baxmayaraq hər bir poçt göndərişi poçtlara vaxtında çatdırılır. Əvvəllər kənddə yeganə radiotelefon poçt şöbəsində olub. Hazırda kənd sakinlərinin mənzilləri telefonlaşdırılıb. 2005-ci ildə yolsuzluq şəraitinə baxmayaraq Xınalıq kəndində milli üslubda poçt şöbəsi tikilib. Şöbədə sakinlərə yüksək səviyyədə bütün poçt xidmətləri göstərilir".
Quba-Xınalıq yolunun çəkilməsi bu bölgəyə turist axınını sürətləndirdirib. Bu da bütün sahələr kimi poçt rabitəsinin inkişafına öz təsirin göstərib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı poçt rabitəsi sahəsinin inkişaf planına uyğun olaraq poçtların ən müasir xidmət səviyyəsinə çatdırılması uğurların əldə olunmasına səbəb olub. Poçtamt rəisi bildirib ki, son vaxtlar poçt şöbələri tərəfindən əhaliyə göstərilən poçt xidmətləri - bağlama, moneqram, məktub banderol, pul köçürmələri, teleqram qəbulu, göndərilməsi və çatdırılması, mətbuat abunəsi və satışı, şəhərlərarası telefon, kommunal haqlarının yığımı, müxtəlif kommersiya xidmətləri sahəsində artım müşahidə olunur.
"Azərpoçt"MMC-nin dəstəyi ilə rayonda poçtamt tərəfindən müasir tələblərə cavab verən poçt şöbələri tikilərək sakinlərin istifadəsinə verilib. Hər bir poçt şöbəsi bugünkü tələblərə cavab verən müasir avadanlıqlarla təchiz edilib. Hazırda şəhərin bütün poçt şöbələri ilə paralel olaraq bu kəndlərdə də poçt şöbələri kompüterləşdirilir ki, bu da sakinlərin kommunal haqlarının ödənişi ilə yanaşı onların teleqram və moneqramlarının daha operativ şəkildə ünvanlarına çatdırılmasını təmin edir.
Bu gün poçtun yerlərə vaxtında çatdırılması və təhlükəsizliyi əsas məsələ kimi önə çəkilib.
Quba poçtamtı tərəfindən poçtun vətəndaşlara daha da yaxınlaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə daim tədbirlər həyata keçirilir. Yerlərdə poçt xidmətləri təbliğ edilir, bu xidmətlərdən vətəndaşların geniş şəkildə faydalanması üçün maarifləndirmə işləri aparılır. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq poçtamt tərəfindən kəndlərdə icmal poçt şöbələri yaradılıb. Bu şöbələr tərəfindən əhaliyə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hər cür şərait var. Bütün göstəricilərinə görə daim öncül olan poçtamt yeni xidmət sahələrinin yaradılması istiqamətində də fəaliyyətini genişləndirir.
RƏVAN
Qubada ən ucqar kəndlərdə belə əhaliyə yüksək keyfiyyətli poçt xidmətləri göstərilir
Qubada ən ucqar kəndlərdə belə əhaliyə yüksək keyfiyyətli poçt xidmətləri göstərilir. Quba Poçt Filialının rəisi Eldar Akimi deyir ki, poçtamtın mübadilə avtomobili rayon mərkəzindən 57 kilometr uzaqlıqda yerləşən Xınalıq kəndinə belə poçt göndərişlərini problemsiz olaraq çatdırır:"Relyefin mürəkkəb olmasına baxmayaraq hər bir poçt göndərişi poçtlara vaxtında çatdırılır. Əvvəllər kənddə yeganə radiotelefon poçt şöbəsində olub. Hazırda kənd sakinlərinin mənzilləri telefonlaşdırılıb. 2005-ci ildə yolsuzluq şəraitinə baxmayaraq Xınalıq kəndində milli üslubda poçt şöbəsi tikilib. Şöbədə sakinlərə yüksək səviyyədə bütün poçt xidmətləri göstərilir".
Quba-Xınalıq yolunun çəkilməsi bu bölgəyə turist axınını sürətləndirdirib. Bu da bütün sahələr kimi poçt rabitəsinin inkişafına öz təsirin göstərib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı poçt rabitəsi sahəsinin inkişaf planına uyğun olaraq poçtların ən müasir xidmət səviyyəsinə çatdırılması uğurların əldə olunmasına səbəb olub. Poçtamt rəisi bildirib ki, son vaxtlar poçt şöbələri tərəfindən əhaliyə göstərilən poçt xidmətləri - bağlama, moneqram, məktub banderol, pul köçürmələri, teleqram qəbulu, göndərilməsi və çatdırılması, mətbuat abunəsi və satışı, şəhərlərarası telefon, kommunal haqlarının yığımı, müxtəlif kommersiya xidmətləri sahəsində artım müşahidə olunur.
"Azərpoçt"MMC-nin dəstəyi ilə rayonda poçtamt tərəfindən müasir tələblərə cavab verən poçt şöbələri tikilərək sakinlərin istifadəsinə verilib. Hər bir poçt şöbəsi bugünkü tələblərə cavab verən müasir avadanlıqlarla təchiz edilib. Hazırda şəhərin bütün poçt şöbələri ilə paralel olaraq bu kəndlərdə də poçt şöbələri kompüterləşdirilir ki, bu da sakinlərin kommunal haqlarının ödənişi ilə yanaşı onların teleqram və moneqramlarının daha operativ şəkildə ünvanlarına çatdırılmasını təmin edir.
Bu gün poçtun yerlərə vaxtında çatdırılması və təhlükəsizliyi əsas məsələ kimi önə çəkilib.
Quba poçtamtı tərəfindən poçtun vətəndaşlara daha da yaxınlaşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə daim tədbirlər həyata keçirilir. Yerlərdə poçt xidmətləri təbliğ edilir, bu xidmətlərdən vətəndaşların geniş şəkildə faydalanması üçün maarifləndirmə işləri aparılır. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə uyğun olaraq poçtamt tərəfindən kəndlərdə icmal poçt şöbələri yaradılıb. Bu şöbələr tərəfindən əhaliyə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hər cür şərait var. Bütün göstəricilərinə görə daim öncül olan poçtamt yeni xidmət sahələrinin yaradılması istiqamətində də fəaliyyətini genişləndirir.
RƏVAN
Baxış sayı: 1227
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək