Tarix:12/09/14
“Azərpoçt” MMC Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisi iştirakçılarına səyyar poçt -maliyyə xidmətlərini təqdim edir.
Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində işə başlayan sərgi sentyabrın 13-dək davam edəcək.
Azərbaycan Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilən “ADEX 2014” sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından ən səmərəli meydançadır.
Qeyd edək ki, “ADEX 2014” sərgisində (Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.
CAHANGİR
“Azərpoçt” “ADEX 2014” sərgisinin iştirakçılarına poçt-maliyyə xidmətləri göstərir

Baxış sayı: 1208
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək