Tarix:23/10/14
Həmin mövzular üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir.
Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilərək, birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilib. Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:
Qaliblər üçün təyin edilmiş pul mükafatları:
1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər)
Ümumdünya Poçt İttifaqının beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri, bizim fikrimizcə, dövlətimiz üçün çox əhəmiyyətlidir. Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2015-ci il tarixinə qədər göndərilməlidir. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısının iştirakçı vərəqi ilə birlikdə aşağıdakı ünvana göndərilməsi xahiş olunur:
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, “Azərpoçt” MMC İndeks: AZ1000
Rəvan Soltanov
Ümumdünya Poçt İttifaqı məktəblilər arasında keçiriləcək epistolyar inşa müsabiqəsinə mövzu təqdim edib
Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında ölkənin Təhsil Nazirliyi ilə birgə epistolyar inşa müsabiqəsinin təşkilini tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib.Həmin mövzular üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir.
Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilərək, birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilib. Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:
- Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin?
- Biz o torpaqlara qayıdacağıq! (İlham Əliyev)
- Xalq qəhrəmanları ilə tanınır.
Qaliblər üçün təyin edilmiş pul mükafatları:
1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər)
Ümumdünya Poçt İttifaqının beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri, bizim fikrimizcə, dövlətimiz üçün çox əhəmiyyətlidir. Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2015-ci il tarixinə qədər göndərilməlidir. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısının iştirakçı vərəqi ilə birlikdə aşağıdakı ünvana göndərilməsi xahiş olunur:
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, “Azərpoçt” MMC İndeks: AZ1000
Rəvan Soltanov
Baxış sayı: 1897
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək