12px13px15px17px
Tarix:28/10/14

“Bakıfilekspo-2014” IV Milli filateliya sərgisi keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  "Azərmarka" şirkəti və Azərbaycan Filatelistler  İttifaqının (AFİ) təşkilatçılığı ilə 7 noyabr tarixində "Bakıfilekspo-2014" IV Milli filateliya sərgisinin açılış mərasimi keçiriləcək.
 
Mərasim Bakının "Four seasons" otelinin "Şur" salonunda , saat 11:00-da başlayacaq. 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş sərgi öz işini 8 noyabr tarixində başa çatdıracaq.
 
 Təşkilat Komitəsindən qeyd edilib ki, reqlamentə uyğun olaraq sərgidə müsabiqələr filateliya, numizmatika və ədəbiyyat dərəcələrində keçiriləcək. 
 
Filateliya sərgisinin qonaqlarına Azərbaycan tarixinin önəmli səhifələrinə həsr olunmuş  bir neçə maraqlı kolleksiya və bu sahədə dərc olunmuş yeni kitablar təqdim olunacaq, IV Milli filateliya sərgisi üçün xüsusi hazırlanmış zərfdə xatirə ştempelin vurulması mərasimi keçiriləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi sərginin birinci iş günü keçiriləcək.
 
Sərginin işi müddətində "Azərmarka" şirkəti və "Num.az" MMC-nin köşkləri fəaliyyət göstərərək, kolleksiyaçılara və sərginin qonaqlarına filateliya və numizmatika üzrə aksesuarların satışını təşkil edəcək.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1279

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024