Tarix:06/11/14
Onun sözlərinə görə, Azərbaycan "Ebola" virusu ilə mübarizə üçün İKT-nin üstünlüklərindən istifadə imkanlarını nəzərdən keçirməyə hazırdır: "İnformasiya texnologiyalarının üstünlüklərindən faydalanmağın mümkün olacağı digər istiqamətlər ortaya çıxarsa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilk növbədə zəruri tədbirlərin görülməsi üçün bütün imkanları araşdıracaq”.
"Ebola" virusu ilə mübarizədə İKT-nin effektivliyi məsələsinə bu günlərdə Cənubi Koreyanın Pusan şəhərində keçirilən konfrans çərçivəsində də toxunulub. Azərbaycanı konfransda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edib.
Konfransda Beynəlxalq Telekommunikasiyalar İttifaqı (ITU), Operatorlar Assosiasiyası GSMА və İnternet Cəmiyyəti (ISOC) Ebola virusuna qarşı səylərini birləşdirdiklərini elan ediblər.
İTU rəhbərliyi səlahiyyətli konfransın gedişində Ebola virusu ilə mübarizədə İKT-dən daha effektiv istifadə barədə tövsiyələrini hazırlamaq üçün xüsusi iclas çağırıb. Məsələ bilavasitə tənzimləmə sahəsində maneələrin aradan qaldırılmasını təmin etmək və insanların həyatının xilas edilməsi məqsədi ilə rabitə sahəsində proqramlardan istifadəyə kömək etməkdən ibarətdir.
Azərbaycan poçt göndərişləri sahəsində təhlükəsizliyi tam şəkildə təmin edir
Azərbaycan "Ebola" virusu ilə mübarizə çərçivəsində müəyyən qaydalara uyğun nəzarət həyata keçirməklə poçt göndərişləri sahəsində təhlükəsizliyi tam şəkildə təmin edir. Bu barədə jurnalistlərə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.Onun sözlərinə görə, Azərbaycan "Ebola" virusu ilə mübarizə üçün İKT-nin üstünlüklərindən istifadə imkanlarını nəzərdən keçirməyə hazırdır: "İnformasiya texnologiyalarının üstünlüklərindən faydalanmağın mümkün olacağı digər istiqamətlər ortaya çıxarsa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilk növbədə zəruri tədbirlərin görülməsi üçün bütün imkanları araşdıracaq”.
"Ebola" virusu ilə mübarizədə İKT-nin effektivliyi məsələsinə bu günlərdə Cənubi Koreyanın Pusan şəhərində keçirilən konfrans çərçivəsində də toxunulub. Azərbaycanı konfransda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təmsil edib.
Konfransda Beynəlxalq Telekommunikasiyalar İttifaqı (ITU), Operatorlar Assosiasiyası GSMА və İnternet Cəmiyyəti (ISOC) Ebola virusuna qarşı səylərini birləşdirdiklərini elan ediblər.
İTU rəhbərliyi səlahiyyətli konfransın gedişində Ebola virusu ilə mübarizədə İKT-dən daha effektiv istifadə barədə tövsiyələrini hazırlamaq üçün xüsusi iclas çağırıb. Məsələ bilavasitə tənzimləmə sahəsində maneələrin aradan qaldırılmasını təmin etmək və insanların həyatının xilas edilməsi məqsədi ilə rabitə sahəsində proqramlardan istifadəyə kömək etməkdən ibarətdir.
Baxış sayı: 910
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək