Tarix:26/11/14
Komitə sədri Arif Rəhimzadə bildirdi ki, müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyə əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qanunlara texniki xarakterli dəyişikliklər edilməsi nəzərdə tutulur.
Düzəlişlərə əsasən bundan sonra bələdiyyə orqanları ödənişləri nağd şəkildə yox, poçt və ya bank vasitəsilə həyata keçirə bilərlər. Bu günəcən onlara ancaq dotasiyalar ayrılırdısa, bundan sonra subvensiyalar da ayrılacaq.
İclasda iştirak edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətindən danışıb, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verib. O, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların sayının artdığını vurğulayaraq qeyd edib ki, qanun layihələrində edilən dəyişikliklərin böyük əhəmiyyəti var.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
SEYMUR
Bundan sonra bələdiyyə orqanları ödənişləri poçt vasitəsilə həyata keçirə bilərlər
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə təqdim edilən məsələlər bələdiyyələrin fəaliyyətini tənzimləyən qanun layihələrinə dəyişiklik edilməsi ilə bağlıdır.Komitə sədri Arif Rəhimzadə bildirdi ki, müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyə əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qanunlara texniki xarakterli dəyişikliklər edilməsi nəzərdə tutulur.
Düzəlişlərə əsasən bundan sonra bələdiyyə orqanları ödənişləri nağd şəkildə yox, poçt və ya bank vasitəsilə həyata keçirə bilərlər. Bu günəcən onlara ancaq dotasiyalar ayrılırdısa, bundan sonra subvensiyalar da ayrılacaq.
İclasda iştirak edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətindən danışıb, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verib. O, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların sayının artdığını vurğulayaraq qeyd edib ki, qanun layihələrində edilən dəyişikliklərin böyük əhəmiyyəti var.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
SEYMUR
Baxış sayı: 983
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək