12px13px15px17px
Tarix:22/12/14

Poçt sahəsində xidmət səviyyəsi yüksəlir

Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu siyasi-iqtisadi kurs nəticəsində bütün sahələrdə olduğu kimi, rabitə-poçt sahəsində də yüksək nailiyyətlər əldə olunur, iqtisadi göstəricilər yüksəlir.


Son illər Azərbaycanın poçt rabitəsi yenidən qurulmuş, yeni texnologiyaların tətbiqi və poçtun müasir dünya tələblərinə uyğunlaşdırılması əsas məsələ kimi ön plana çəkilib. Son illər beynəlxalq poçt birliyinə sürətlə inteqrasiya edən Azərbaycan poçtunun ildən-ilə nüfuzu artır. 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvü olan ölkə poçtu son bir neçə ildir ki, ÜPİ-nin qızıl səviyyəli sertifikatına layiq görülür.
 
Poçt sektorunda əldə edilən uğurlarda “Azərpoçt” MMC-nin ayrı-ayrı müəssisələrinin işini qeyd etmək lazımdır. Bu gün əhaliyə keyfiyyətli poçt-rabitə xidməti göstərən poçt şöbələri də çoxdur. Belə poçt şöbələrindən biri də “Azərpoçt” MMC-nin 1 saylı poçt filialının 1 saylı poçt şöbəsidir. Poçt şöbəsinin rəisi Zahid Qurbanov bildirib ki, həmişə olduğu kimi, bu ilin ötən dövrü ərzində də poçt şöbəsinin kollektivi əzmlə çalışıb, əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətini daha da artırıb, rəhbərlik tərəfindən şöbə qarşısında qoyulmuş proqnoz tapşırıqlarına vaxtından xeyli əvvəl əməl olunub.

Belə ki, 2014-cü ildə qarşıya qoyulmuş plan tapşırıqlarına 6 dekabr rabitə işçilərinin peşə bayramı ərəfəsində əməl olunub. Poçt şöbəsində ayrı-ayrı xidmət növləri üzrə də plan 100 faizdən yuxarı yerinə yetirilib.

Bunlardan, beynəlxalq pulköçürmələri, beynəlxalq poçt göndərişləri, yerli məktub qəbulu, elektron ticarət xidməti, kommunal haqlarının yığımı, mobil cihazların qeydiyyatı, DSMF və Vergi Nazirliyinin cərimələrinin yığımı, avtomobillərin sığortası, valyuta mübadiləsi, bank kreditlərinin yığılması və digər növlər üzrə də göstəricilər plandan artıq yerinə yetirilib.
Qeyd edim ki, poçt şöbəmiz şəhərin mərkəzi hissəsində yerləşdiyinə görə xidmətimizdən istifadə edən müştərilər də çoxdur. İşimizin çox olmasına baxmayaraq, kollektivimizin hər bir üzvü öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, müştərilərə keyfiyyətli poçt xidmətini təmin edir. Qazanılan yüksək göstəricilərin əldə olunmasında şöbənin rəis müavini, təcrübəli rabitəçi Fəridə Bayramovanın, əməliyyatçılardan Samirə İsayevanın, Nərmin Rəhmanovanın, Şərqiyə Ağababayevanın və Pərvin Qəhrəmanzadənin işini, poçtalyonlardan isə Svetlana Məmmədovanın, Elçin Hüseynovun, Vüqar Mahmudovun, Ayaz Mustafayevin əməyini, işə peşəkar münasibətini qeyd etmək lazımdır.


1 saylı poçt şöbəsində bu gün ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlər də uğurla aparılır. Bunlardan sürətli pulköçürmələrindən olan “Zolotaya Korona”, “Kontakt”, “Miqom”, “Western Union” və s. yol polisinin cərimələrinin yığımı, fiziki şəxslərə və təşkilatlara bank hesablarının açılması və digər müasir, yeni xidmət növləri şöbəmizdə həyata keçirilir, müştərilərin rahatlığı təmin edilir. Bütün bu işlər, əldə olunan uğurlar, sözsüz ki, rəhbərlik tərəfindən şöbəmizə göstərilən hərtərəfli diqqət və qayğının sayəsində mümkün olub.
 



Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024