12px13px15px17px
Tarix:10/02/15

Poçt şöbə və filiallarında inkassator və sürücülərə təhlükəsizlik qaydaları ilə bağlı dərs keçilir

Məlum olduğu kimi, “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt Filialının sürücüsünə silahlı basqın edilib. Gəncə şəhər Regional Poçt Filialının rəisi Nizami Mustafayevin verdiyi məlumata görə, hadisə şəhərin Səbuhi Xasayev küçəsində, 3 saylı şöbənin qarşısında baş verib.
 
Onun bildirdiyinə görə, şəhər sakini, poçtun əməkdaşı Tofiq Rüstəmov “VAZ 2106” markalı avtomobili ilə poçtun inkassatorunu 3 saylı filialdan pulları aparmaq üçün ora aparıb.  
 
“ Silahlı inkassator maşından düşüb şöbəyə daxil olduqdan sonra avtomobilində onu gözləyən sürücü qəfildən bir şəxsin basqınına məruz qalıb. Əlindəki silahla sürücünü qorxudan basqınçı ondan pulları tələb edərək çoxsaylı zərbələr endirib. Hətta sürücüyə müqavimət göstərən maskalı şəxs avtomobili də oğurlamaq istəyib. Sürücünün peşəkarlığı sayəsində istəyinə nail ola bilməyib. Avtomobildə pulun olmadığını görən  maskalı hadisə yerindən qaçıb. Xəsarət alan T. Rüstəmov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərdikdən sonra evə buraxılıb”.  

 N.Mustafayev inkassator və sürücülərin hər gün xüsusi təlimatla təlimatlandırıldığını,  həftədə bir dəfə onlara təhlükəsizlik qaydaları ilə bağlı dərs keçildiyini bildirdi.

 Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

RƏVAN



Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024