12px13px15px17px
Tarix:17/02/15

Tezliklə bütün poçt şöbələrinin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulması başa çatdırılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bu il ölkənin poçt sektorunda bir sıra işlər həyata keçirəcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2015-ci ilin ilk rübünün sonuna kimi Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi (MXİL)  çərçivəsində nəzərdə tutulan bütün poçt şöbələrinin  Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşulması başa çatdırılacaq və yeni xidmətlərin təşkili təmin ediləcək.
 
Eyni zamanda “Azərpoçt” MMC-nin xidmət göstərən bütün tabeli strukturları üçün vahid müştəri xidmətləri standartları hazırlanacaq.
 
Bununla yanaşı, I yarımilliyin sonunadək “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində texnoloji proseslərin təkmilləşdirilməsi planlaşdırılır.
 
İl ərzində Ermənistanla həmsərhəd və Dağlıq Qarabağ istiqamətində təmas xətti boyu ərazilərdə yerləşən yaşayış məntəqələrində əhaliyə göstərilən poçt-maliyyə xidmətlərinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlərin icrasına nəzarət edilməsi də görüləcək işlər sırasında yer alır.
 
CAHANGİR
 
 
 
 



Baxış sayı: 1367

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024