Tarix:12/03/15
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, qanun layihəsinə əsasən, istənilən fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız istifadəçilərin aydın ifadə edilmiş razılığı halında mümkündür. Bundan başqa, ayrı-ayrı şəxslərə açıq məlumatlardan arzuolunmaz məlumatların çıxarılmasını tələb etməyə imkan verən “Right to be forgotten” hüququnun tətbiqi genişləndirilməlidir. Avropa Məhkəməsi 2014-cü ildə “Right to be forgotten” hüququnu qanuni olaraq təsdiq edib. İndi layihə Avropa Birliyinə üzv ölkələrdə müzakirə mərhələsindədir, qanunun qəbulu üçün onun tərəfdarları bir sıra siyasi maneələrin öhdəsindən gəlməli olacaqlar.
Avropa hakimiyyəti, həmçinin Avropa Birliyi və ABŞ arasında "təhlükəsiz liman" adlanan razılaşmanın ləğvi imkanını nəzərdən keçirir. Sözügedən razılaşma ABŞ şirkətlərinə avropalı müştərilərin məlumatlarını toplamağa imkan verir. Avropa parlamenti və Almaniyanın tənzimləmə orqanları razılaşmanın ləğvinə çağırıblar və bu qərar istənilən an qüvvəyə minə bilər.
“TRUSTe” firmasının aparıcı konsultantı Debra Farber bildirib ki, avropalıların bütün bu təşəbbüsləri ABŞ-ın yüksəktexnologiyalı şirkətləri üçün ciddi problem yaradır.
Avropa Birliyinin bu sahədəki siyasətinin əlaqələndirilməsi üzrə aparıcı fiquru Avropada fərdi məlumatların mühafizəsi üzrə inspektor Covanni Buttarellidir. Bu yaxınlarda verdiyi müsahibəsində o, ABŞ prezidenti Barak Obamanın şəxsi həyatın qorunması üzrə avropalıların hərəkətini Avropa Birliyi şirkətlərinin kommersiya maraqlarını qorumaq arzusunu diktə etmək iddiası ilə razılaşmayıb.
Emil Hüseynov
Avropa Birliyi fərdi məlumatların ötürülməsi qaydalarını sərtləşdirir
Fərdi məlumatların mühafizəsi məsələsində Avropa Birliyinin mövqeyi ABŞ-dan xeyli fərqlənir. Avropa Birliyinin hazırladığı qanun layihəsi ABŞ şirkətlərinin Avropa istifadəçilərinin məxfi məlumatları ilə iş şərtlərini tamamilə dəyişdirə bilər. Yeni qanun Avropa Birliyinin ayrı-ayrı ölkələrində qüvvədə olan şəxsi həyatın qorunması haqda bir çox müxtəlif qanunları əvəz etmək üçün nəzərdə tutulub."ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, qanun layihəsinə əsasən, istənilən fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız istifadəçilərin aydın ifadə edilmiş razılığı halında mümkündür. Bundan başqa, ayrı-ayrı şəxslərə açıq məlumatlardan arzuolunmaz məlumatların çıxarılmasını tələb etməyə imkan verən “Right to be forgotten” hüququnun tətbiqi genişləndirilməlidir. Avropa Məhkəməsi 2014-cü ildə “Right to be forgotten” hüququnu qanuni olaraq təsdiq edib. İndi layihə Avropa Birliyinə üzv ölkələrdə müzakirə mərhələsindədir, qanunun qəbulu üçün onun tərəfdarları bir sıra siyasi maneələrin öhdəsindən gəlməli olacaqlar.
Avropa hakimiyyəti, həmçinin Avropa Birliyi və ABŞ arasında "təhlükəsiz liman" adlanan razılaşmanın ləğvi imkanını nəzərdən keçirir. Sözügedən razılaşma ABŞ şirkətlərinə avropalı müştərilərin məlumatlarını toplamağa imkan verir. Avropa parlamenti və Almaniyanın tənzimləmə orqanları razılaşmanın ləğvinə çağırıblar və bu qərar istənilən an qüvvəyə minə bilər.
“TRUSTe” firmasının aparıcı konsultantı Debra Farber bildirib ki, avropalıların bütün bu təşəbbüsləri ABŞ-ın yüksəktexnologiyalı şirkətləri üçün ciddi problem yaradır.
Avropa Birliyinin bu sahədəki siyasətinin əlaqələndirilməsi üzrə aparıcı fiquru Avropada fərdi məlumatların mühafizəsi üzrə inspektor Covanni Buttarellidir. Bu yaxınlarda verdiyi müsahibəsində o, ABŞ prezidenti Barak Obamanın şəxsi həyatın qorunması üzrə avropalıların hərəkətini Avropa Birliyi şirkətlərinin kommersiya maraqlarını qorumaq arzusunu diktə etmək iddiası ilə razılaşmayıb.
Emil Hüseynov
Baxış sayı: 1067
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib