Tarix:31/03/15
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin əvvəlində “WhatsApp” “Android” üçün tətbiqin yeni versiyasında səsli zəng funksiyasının sınaqlarına başlayıb. Bu funksiya messencerə səsli və videozənglər təklif edən “LINE”, “Skype” və “Viber” kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək.
İstifadəçilər “WhatsApp”ın yeni mobil tətbiqinə quraşdırılmış "zənglər" funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər. Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm “Wi-Fi”, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.
Hazırda “WhatsApp” messencerində səsli zənglər rəsmi olaraq yalnız “Android” telefonlar üçün əlçatandır.
Bildirək ki, “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.
Messencerin abunəçilərinin sayı çox sürətlə artır. Belə ki, 2013-cü ilin ortalarında təxminən 200 milyon insan bu messencerdən istifadə edib, 2014-cü ilin aprelinədək bu göstərici 500 milyonadək artıb və avqustda 600 milyon olub.
Emil Hüseynov
“WhatsApp” messencerində “iPhone” üçün səsli zənglər yaxın həftələrdə əlçatan olacaq
“WhatsApp” yaxın həftələrdə “iPhone” üçün səsli zəngi dəstəkləyən rəsmi mobil tətbiq buraxmağı planlaşdırır. Bu haqda “F8” konfransında şirkətin həmtəsisçisi Brayan Ekton bildirib."ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin əvvəlində “WhatsApp” “Android” üçün tətbiqin yeni versiyasında səsli zəng funksiyasının sınaqlarına başlayıb. Bu funksiya messencerə səsli və videozənglər təklif edən “LINE”, “Skype” və “Viber” kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək.
İstifadəçilər “WhatsApp”ın yeni mobil tətbiqinə quraşdırılmış "zənglər" funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər. Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm “Wi-Fi”, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.
Hazırda “WhatsApp” messencerində səsli zənglər rəsmi olaraq yalnız “Android” telefonlar üçün əlçatandır.
Bildirək ki, “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.
Messencerin abunəçilərinin sayı çox sürətlə artır. Belə ki, 2013-cü ilin ortalarında təxminən 200 milyon insan bu messencerdən istifadə edib, 2014-cü ilin aprelinədək bu göstərici 500 milyonadək artıb və avqustda 600 milyon olub.
Emil Hüseynov
Baxış sayı: 970
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır