Tarix:10/04/15
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün hər il bir sıra kriterilər müəyyən edilir və bu kriterilər üzrə ilin yekunlarına görə keyfiyyət göstəriciləri müqayisə edilir. Aparılan müqayisənin nəticələrinə görə, ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülürlər.
Azərbaycanın EMS xidmətləri göstərən “Azərekspresspoçt” müəssisəsi bu vaxta qədər 1 bürünc, 2 gümüş, 7 qızıl səviyyəli sertifikata layiq görülüb.
Son 2 il ərzində ÜPİ tərəfindən qoyulan tələblərin sərtləşdirilməsi, yeni-yeni keyfiyyət kriterilərinin əlavə edilməsi səbəbindən qızıl səviyyəli sertifikatı əldə etmək mümkün olmamışdı.
Lakin 2014-cü ildə “Azərpoçt” MMC tərəfindən aparılan məqsədyönlü işlər, görülən əlavə tədbirlər, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, göndərişlərin nəzərdə tutulan vaxt çərçivəsində çatdırılması istiqamətində, eləcə də müştərilərlə münasibətlərin tənzimləndirilməsi üzrə görülən əlavə tədbirlərin nəticəsində Azərbaycan 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda poçt xidməti, xüsusilə də EMS xidmətinin təşkili yüksək səviyyədədir. Qeyd etmək yerinə düşər ki, sözügedən qiymətləndirmə Azərbaycanın özü tərəfindən və hətta Ümumdünya Poçt İttifaqının daxili qurumları tərəfindən deyil, ÜPİ-yə aid olmayan müstəqil audit şirkəti tərəfindən aparılıb.
Məlumat üçün bildirək ki, aprel ayının 15-dən may ayının 5-nə qədər Ümumdünya Poçt İttifaqının yaz sessiyası keçiriləcək. Bu sessiya çərçivəsində aprelin 22-də EMS Korporasiyasının ümumi yığıncağı baş tutacaq. Yığıncaqda mükafat əldə edən ölkələrə, o cümlədən Azərbaycana sözügedən sertifikat təqdim ediləcək.
SEYMUR
Azərbaycan poçtunun növbəti uğuru – Qızıl səviyyəli sertifikat
Azərbaycan poçtu göstərdiyi xidmətin keyfiyyətinə görə növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün hər il bir sıra kriterilər müəyyən edilir və bu kriterilər üzrə ilin yekunlarına görə keyfiyyət göstəriciləri müqayisə edilir. Aparılan müqayisənin nəticələrinə görə, ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülürlər.
Azərbaycanın EMS xidmətləri göstərən “Azərekspresspoçt” müəssisəsi bu vaxta qədər 1 bürünc, 2 gümüş, 7 qızıl səviyyəli sertifikata layiq görülüb.
Son 2 il ərzində ÜPİ tərəfindən qoyulan tələblərin sərtləşdirilməsi, yeni-yeni keyfiyyət kriterilərinin əlavə edilməsi səbəbindən qızıl səviyyəli sertifikatı əldə etmək mümkün olmamışdı.
Lakin 2014-cü ildə “Azərpoçt” MMC tərəfindən aparılan məqsədyönlü işlər, görülən əlavə tədbirlər, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, göndərişlərin nəzərdə tutulan vaxt çərçivəsində çatdırılması istiqamətində, eləcə də müştərilərlə münasibətlərin tənzimləndirilməsi üzrə görülən əlavə tədbirlərin nəticəsində Azərbaycan 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda poçt xidməti, xüsusilə də EMS xidmətinin təşkili yüksək səviyyədədir. Qeyd etmək yerinə düşər ki, sözügedən qiymətləndirmə Azərbaycanın özü tərəfindən və hətta Ümumdünya Poçt İttifaqının daxili qurumları tərəfindən deyil, ÜPİ-yə aid olmayan müstəqil audit şirkəti tərəfindən aparılıb.
Məlumat üçün bildirək ki, aprel ayının 15-dən may ayının 5-nə qədər Ümumdünya Poçt İttifaqının yaz sessiyası keçiriləcək. Bu sessiya çərçivəsində aprelin 22-də EMS Korporasiyasının ümumi yığıncağı baş tutacaq. Yığıncaqda mükafat əldə edən ölkələrə, o cümlədən Azərbaycana sözügedən sertifikat təqdim ediləcək.
SEYMUR
Baxış sayı: 1301
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək