12px13px15px17px
Tarix:01/05/15

Beyləqanda poçt rabitəsi sahəsində yeni xidmətlər tətbiq edilir

Beyləqanda poçt rabitəsi sahəsində yeni xidmətlərin tətbiqi səmərəli nəticələr verib.
 
Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə Poçt Filialının rəisi Rasim Ağayev məlumat verib. Onun sözlərinə görə, bir şəhər, iyirmi beş kənd poçt şöbəsi vasitəsilə əhaliyə 40-dan yuxarı ənənəvi, qeyri-ənənəvi poçt və bank-maliyyə xidmətləri göstərilir.
 
Son zamanlar Poçt Filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində xeyli işlər görülüb.
 
 
Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Respublikası arasında  imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) həyata keçirilməsi istiqamətində Beyləqan poçt filialının aparatının struktur quruluşunda müvafiq dəyişiklik aparılmaqla bank-maliyyə xidmətləri göstərilir.
 
Hal-hazırda filial üzrə Müştəri xidmətləri, Aşağı Çəmənli, Binnətli, 1-ci Aşıqlı, Daşburun, Dünyamallar, Eyvazallar, Əlinəzərli, Xalac, Qarallar, Mil-2, Milabad, Örənqala, Yuxarı Aran, Təzəkənd, Kəbirli, Qəhrəmanlı, Yuxarı Çəmənli, 2-ci Şahsevən, Tatallar cəmi 17 poçt şöbəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş bank-maliyyə xidmətlərinin göstərilməsi  ilə bağlı lisenziyalarla təmin olunmuş, bank müəssisələri kimi Vergilər Nazirliyindən qeydiyyatdan keçib.
 
 
RƏVAN
 



Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024