12px13px15px17px
Tarix:04/05/15

“Azərpoçt” rəsmisi: “Ümumilikdə poçtun daşınması üçün gün ərzində qət edilən məsafə ekvator xəttinin yarısından çoxdur”

Ümumilikdə poçtun daşınması üçün bir gün ərzində 23500 kilometr məsafə qət edilir ki, bu da ekvator xəttinin yarısından çoxdur. Bir gün ərzində bu qədər məsafə qət edilir ki, ölkə ərazisinin 1500 poçt şöbəsində poçtun daşınması təmin olunsun.  
 
 
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktorunun müavini Sübhan Kazımov məlumat verib.
 
Onun sözlərinə görə, "Azərpoçt" MMC bütün respublikanı əhatə etməklə, 74 təşkilatı, o cümlədən 1500-ə yaxın çox poçt ofisini özündə birləşdirir:
 
 "MMC-nin Poçtdaşıma Mərkəzi bazar ertəsindən başqa, hər gün 6 istiqamətdə - Bakı-Quba-Qusar, Bakı-Balakən-Zaqatala, Bakı-Bərdə-Tərtər , Bakı-Qazax, Bakı-Horadiz qəsəbəsi (Füzuli rayonu), Bakı-Astara marşrutları üzrə poçtdaşımalarını həyata keçirir. 7-ci istiqamət - Naxçıvan Muxtar Respublikası blokadada olduğu üçün poçt göndərişləri oraya hava nəqliyyatı vasitəsilə çatdırılır. Neft Daşları və Cilov adasında da poçt şöbələrimiz var ki, oraya da poçtdaşımaları hər gün vertolyot vasitəsilə həyata keçirilir. Azərbaycan poçtunun daşınması dünya sistemi, o cümlədən MDB ölkələri arasında ən birinci yerlərdən birini tutur. Bu gün verilən poçtu səhəri günü istənilən rayon mərkəzinə çatdırmaq iqtidarındayıq".
 
 
Qeyd edək ki, Yer kürəsini yarımkürəyə: şimal və cənub yarımkürələrinə bölən ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024