Tarix:05/05/15
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov İsveçrənin Bern şəhərində 15 aprel – 01 may 2015-ci il tarixlərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) (Universal Postal Union – UPU) yaz sessiyasında iştirak edib.
Sessiyanın sonunda baş tutan plenar iclaslarda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına növbəti müddətə səsvermələr yolu ilə seçkilər keçirilib. Sözügedən quruma üzv olmaq üçün Şərqi Avropa və Şimali Asiya regionu üzrə 1 vakant yerə 2 ölkədən nümayəndələrin – Azərbaycan (Nasir Həmidov), Gürcüstan (Nuqzar Breqvadze) namizədlikləri verilmişdi.
ÜPİ qaydalarına uyğun olaraq seçkilər Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) 40 üzv-ölkəsinin iştirakı ilə aparılıb və Azərbaycan nümayəndəsi böyük üstünlük və səs çoxluğu ilə (31 səslə) seçilib. Beləliklə, Azərbaycan növbəti müddətə Şuranın üzvü seçilərək ÜPİ-nin ən vacib orqanının 9 üzvündən biri olub.
Məlumat üçün bildirək ki, dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.
Sözügedən qurumda üzvlüyümüz Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, ölkəmizin poçtu üçün ÜPİ çərçivəsində növbəti layihələrin hazırlanması, qəbulu və tətbiq olunmasına da, əvvəlki dövrdə olduğu kimi, geniş imkanlar yaradacaqdır.
Xatırladırıq ki, ÜPİ-nin QSF çərçivəsində Azərbaycan poçtu üçün indiyə kimi 7 layihə hazırlanıb həyata keçirilib. Sözügedən layihələr daxilində ümumi sayı 21 ədəd olmaqla poçt yüklərinin daşınması üçün avtomaşınlar, yüzlərlə müxtəlif çeşidli skaner, printer və s. avadanlıqlar alınaraq Azərbaycan poçt şəbəkəsində istismara verilib.
Nəticədə, qlobal poçt zəncirinin bir hissəsi olan “Azərpoçt” MMC-nin beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli irəliləyişlərə nail olunub.
Seymur Qasımbəyli
Azərbaycan ÜPİ-nin dünyanın 9 ölkəsinin nümayəndəsindən formalaşan Qəyyumlar Şurasına üzv seçilib
Azərbaycan Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) dünyanın 9 ölkəsinin nümayəndəsindən formalaşan Qəyyumlar Şurasına (Board of Trustees – BoT) üzv seçilib.Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov İsveçrənin Bern şəhərində 15 aprel – 01 may 2015-ci il tarixlərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) (Universal Postal Union – UPU) yaz sessiyasında iştirak edib.
Sessiyanın sonunda baş tutan plenar iclaslarda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına növbəti müddətə səsvermələr yolu ilə seçkilər keçirilib. Sözügedən quruma üzv olmaq üçün Şərqi Avropa və Şimali Asiya regionu üzrə 1 vakant yerə 2 ölkədən nümayəndələrin – Azərbaycan (Nasir Həmidov), Gürcüstan (Nuqzar Breqvadze) namizədlikləri verilmişdi.
ÜPİ qaydalarına uyğun olaraq seçkilər Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) 40 üzv-ölkəsinin iştirakı ilə aparılıb və Azərbaycan nümayəndəsi böyük üstünlük və səs çoxluğu ilə (31 səslə) seçilib. Beləliklə, Azərbaycan növbəti müddətə Şuranın üzvü seçilərək ÜPİ-nin ən vacib orqanının 9 üzvündən biri olub.
Məlumat üçün bildirək ki, dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.
Sözügedən qurumda üzvlüyümüz Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, ölkəmizin poçtu üçün ÜPİ çərçivəsində növbəti layihələrin hazırlanması, qəbulu və tətbiq olunmasına da, əvvəlki dövrdə olduğu kimi, geniş imkanlar yaradacaqdır.
Xatırladırıq ki, ÜPİ-nin QSF çərçivəsində Azərbaycan poçtu üçün indiyə kimi 7 layihə hazırlanıb həyata keçirilib. Sözügedən layihələr daxilində ümumi sayı 21 ədəd olmaqla poçt yüklərinin daşınması üçün avtomaşınlar, yüzlərlə müxtəlif çeşidli skaner, printer və s. avadanlıqlar alınaraq Azərbaycan poçt şəbəkəsində istismara verilib.
Nəticədə, qlobal poçt zəncirinin bir hissəsi olan “Azərpoçt” MMC-nin beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli irəliləyişlərə nail olunub.
Seymur Qasımbəyli
Baxış sayı: 901
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək