Tarix:05/05/15
Bu haqda "Rabitə dünyası"na Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov məlumat verib.
Şöbə rəisi qeyd edib ki, rəqabət mühitində fəaliyyət göstərən "Azərpoçt" mövcud bazarı əldə saxlamaq və onu genişləndirmək üçün xidmətlərin keyfiyyətini daim diqqət mərkəzində saxlayır:
"Göstərdiyi yüksək keyfiyyətli xidmətlərin nəticəsi olaraq "Azərpoçt" əvvəlki ilin yekunlarına görə keyfiyyətin idarə olunması sahəsində və sürətli poçt xidməti sahəsində hər iki nominasiyada Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatlarına layiq görülüb".
Eyni zamanda ÜPİ-nin EMS Kooperativinin sifarişi və maliyyə dəstəyi əsasında məşhur "Pricewaterhouse Coopers" auditor şirkəti Kooperativin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində dünyanın EMS operatorlarının 2014-cü ildə göstərdikləri poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırıb. 199 ölkə arasından seçilən qaliblər sırasında "Azərpoçt" da var. Bu, Azərbaycan poçtunun EMS operatoru – "Azərekspresspoçt" Rabitə Müəssisəsinin son 10 ildə 8-ci qızıl sertifikatıdır.
Həqiqət İSABALAYEVA
Azərbaycanda poçt bazarı tam liberallaşıb
Hazırda Azərbaycanda poçt bazarı ölkə qanunvericiliyinə əsasən tam liberallaşıb. Bu da ölkə ərazisində 40-a yaxın özəl poçt şirkətinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) lisenziyası əsasında fəaliyyəti üçün əlverişli şərait yaradıb.Bu haqda "Rabitə dünyası"na Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov məlumat verib.
Şöbə rəisi qeyd edib ki, rəqabət mühitində fəaliyyət göstərən "Azərpoçt" mövcud bazarı əldə saxlamaq və onu genişləndirmək üçün xidmətlərin keyfiyyətini daim diqqət mərkəzində saxlayır:
"Göstərdiyi yüksək keyfiyyətli xidmətlərin nəticəsi olaraq "Azərpoçt" əvvəlki ilin yekunlarına görə keyfiyyətin idarə olunması sahəsində və sürətli poçt xidməti sahəsində hər iki nominasiyada Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatlarına layiq görülüb".
Eyni zamanda ÜPİ-nin EMS Kooperativinin sifarişi və maliyyə dəstəyi əsasında məşhur "Pricewaterhouse Coopers" auditor şirkəti Kooperativin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində dünyanın EMS operatorlarının 2014-cü ildə göstərdikləri poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırıb. 199 ölkə arasından seçilən qaliblər sırasında "Azərpoçt" da var. Bu, Azərbaycan poçtunun EMS operatoru – "Azərekspresspoçt" Rabitə Müəssisəsinin son 10 ildə 8-ci qızıl sertifikatıdır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1357
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək