Tarix:14/05/15
16-17 iyun tarixlərində baş tutacaq bu konfransın əsas məqsədi ÜPİ-nin 2017-2020-ci illər üzrə dünya poçtunun inkişafı istiqamətində prioritetlərini müəyyənləşdirəcək İstanbul Strategiyasının hazırlanmasına təkliflərin verilməsidir.
Eyni zamanda, Doha Strategiyasında müəyyən edilən tələblərin üzv ölkələr tərəfindən həyata keçirilmə vəziyyətinə nəzər yetiriləcək və müvafiq mövzular üzrə müzakirələr aparılacaq.
Tədbirdə MDB və Şərqi Avropadan olmaqla 30-dan çox ölkənin rəsmi nümayəndələri iştirak edəcək.
Konfransda ÜPİ, RRB-nin və digər beynəlxalq təşkilatların əməkdaşlarının da iştirakı nəzərdə tutulub.
İyunun 18-də isə RRB-nin üzv dövlətləri üçün “ ÜPİ-nin Poçtun Reformu və İnkişafı Kompleks Planı (PRİKP) üzrə metodika əsasında Avropa və MDB ölkələrinə Poçt sahəsinin reformu və inkişafı proseslərinə dəstək” mövzusunda regional konfrans baş tutacaq.
Bu konfransda müzakirəyə çıxarılacaq əsas məsələlərdən birini də sürətli poçtdaşımaları, poçt xidmətləri və elektron ticarətin inkişaf perspektivləri təşkil edəcək.
Hər iki tədbirdə Azərbaycanı tənzimləyici orqanın (RYTN) və operatorun (Azərpoçt” MMC) məsul nümayəndələri təmsil edəcək.
Seymur Qasımbəyli
Minskdə poçt sahəsinin inkişafı istiqamətində təkliflər hazırlanacaq
Belarusun paytaxtı Minsk şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Regional Rabitə Birliyinin (RRB) birgə təşkilatçılığı ilə regional konfrans keçiriləcək.16-17 iyun tarixlərində baş tutacaq bu konfransın əsas məqsədi ÜPİ-nin 2017-2020-ci illər üzrə dünya poçtunun inkişafı istiqamətində prioritetlərini müəyyənləşdirəcək İstanbul Strategiyasının hazırlanmasına təkliflərin verilməsidir.
Eyni zamanda, Doha Strategiyasında müəyyən edilən tələblərin üzv ölkələr tərəfindən həyata keçirilmə vəziyyətinə nəzər yetiriləcək və müvafiq mövzular üzrə müzakirələr aparılacaq.
Tədbirdə MDB və Şərqi Avropadan olmaqla 30-dan çox ölkənin rəsmi nümayəndələri iştirak edəcək.
Konfransda ÜPİ, RRB-nin və digər beynəlxalq təşkilatların əməkdaşlarının da iştirakı nəzərdə tutulub.
İyunun 18-də isə RRB-nin üzv dövlətləri üçün “ ÜPİ-nin Poçtun Reformu və İnkişafı Kompleks Planı (PRİKP) üzrə metodika əsasında Avropa və MDB ölkələrinə Poçt sahəsinin reformu və inkişafı proseslərinə dəstək” mövzusunda regional konfrans baş tutacaq.
Bu konfransda müzakirəyə çıxarılacaq əsas məsələlərdən birini də sürətli poçtdaşımaları, poçt xidmətləri və elektron ticarətin inkişaf perspektivləri təşkil edəcək.
Hər iki tədbirdə Azərbaycanı tənzimləyici orqanın (RYTN) və operatorun (Azərpoçt” MMC) məsul nümayəndələri təmsil edəcək.
Seymur Qasımbəyli
Baxış sayı: 920
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək