12px13px15px17px
Tarix:18/05/15

“CİN” abunəçiləri telefon haqlarını poçt şöbələrində niyə ödəyə bilmir?

 Bakıda və regionlarda bütün mobil operatorların ödəniş haqları poçt şöbələrində əməliyyatçılar tərəfindən həyata keçirilir. Bu barədə məlumatı “Azərpoçt” MMC-nin marketinq şöbəsinin rəisi Adil Rəhmanov məlumat verib.

Onun sözlərinə görə, bu sırada yalnız “Bakcell” MMC-nin “CİN” abunəçilərinin telefon haqları istisnadır.
“Bakcell”  MMC-nin abunəçilərinin aylıq telefon abunə haqlarının poçt şöbələrində qəbulunda hər hansı problem yoxdur. Ancaq problem “Cin” abunəçilərindədir. Biz bununla bağlı mobil operatorla danışıq aparmışıq. Ancaq onlar “APUS” sistemi vasitəsilə ödənişin aparılmasını istəyir. Bu isə “Azərpoçt” MMC üçün maliyyə baxımdan  əlverişli deyil. Problem bu səbəbdən baş verib” - deyə o bildirib.

A.Rəhmanov bildirdi ki, “Azercell” MMC-nin ödəniş nominalları konkret 1,2,3,5,10 və 20 manat olduğu halda “Azerfon” MMC abunəçiləri 50 qəpikdən yuxarı  istənilən nominalda telefona ödəniş yüklədə bilər. “Bu, 70 qəpik də ola bilər, 1 manat 20 qəpik də” - deyə  şöbə rəisi  bildirib.
 
RƏVAN
 



Baxış sayı: 1484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024