Tarix:24/06/15
Sözügedən tədbirlərdə Şərqi Avropa və MDB ölkələrinin Poçt Administrasiyalarından 60-dək iştirakçı ilə yanaşı, ÜPİ və “PostEurop”un baş direktorları, CERP təşkilatının sədri və digər rəhbər şəxsləri iştirak edib. Bu beynəlxalq tədbirlərdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov və eləcə də “Azərpoçt”un əməkdaşları təmsil edib.
ÜPİ-nin İstanbul Strategiyasının müəyyənləşdirilməsi üzrə düzənlənən konfransda “Doha poçt strategiyasından İstanbul ümumdünya poçt strategiyasına”, “ÜPİ-nin gələcəyinin təmin edilməsi”, “Dəyişikliyin vacibliyinin əsaslandırılması”, “Poçt şəbəkələri arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılması”, “Poçt sektoru bazarının effektiv fəaliyyətinə dəstək verilməsi”, “Müasir və davamlı məhsullarla təminat” adlı qruplar təşkil edilib və bu qruplar altında geniş müzakirələr keçirilib.
N.Məmmədov “Müasir və davamlı məhsullarla təminat” qrupunun tərkibində iştirak etməklə Azərbaycan poçtunda son illər ərzində görülən işlər, prioritet inkişaf istiqamətləri və tətbiq edilməsi nəzərdə tutulan yeni xidmət və məhsullar barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarıni cavablandırıb.
Müzakirələrin nəticəsi olaraq Azərbaycan poçtunda son illər ərzində görülən işlər təqdirəlayiq hesab edilib.
Qeyd edək ki, ikigünlük müzakirələrin yekunu olaraq region ölkələrinin prioritet hesab etdikləri istiqamətlər nəzərə alınmaqla 2017-2020-ci illər üzrə “ÜPİ-nin İstanbul Ümumdünya Poçt Strategiyası”nın formalaşdırılması üzrə təkliflər irəli sürülüb. Qərara alınıb ki, poçt fəaliyyətinin effektivliyinin artırılması və e-kommersiyanın inkişaf etdirilməsi, maliyyə xidmətlərinin və poçt sahəsinin inkişaf etdirilməsi, elektron xidmətlər və onların diversifikasiyası əsas diqqət yetiriləcək mövzulardan olsun.
SEYMUR
Minskdə elektron ticarətlə bağlı müzakirələr aparılıb
Belarusun paytaxtı Minsk şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) İstanbul Ümumdünya Poçt Strategiyasının müəyyənləşdirilməsi üzrə Regional Konfransı və “Avropa və MDB ölkələrində poçt sektorunun reformu və ÜPİ-nin Poçtun İnkişafı və Reformlar üzrə Kompleks Planı (PİRKP) metodikası əsasında inkişaf prosesinə dəstək göstərilməsi” üzrə konfransı keçirilib.Sözügedən tədbirlərdə Şərqi Avropa və MDB ölkələrinin Poçt Administrasiyalarından 60-dək iştirakçı ilə yanaşı, ÜPİ və “PostEurop”un baş direktorları, CERP təşkilatının sədri və digər rəhbər şəxsləri iştirak edib. Bu beynəlxalq tədbirlərdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov və eləcə də “Azərpoçt”un əməkdaşları təmsil edib.
ÜPİ-nin İstanbul Strategiyasının müəyyənləşdirilməsi üzrə düzənlənən konfransda “Doha poçt strategiyasından İstanbul ümumdünya poçt strategiyasına”, “ÜPİ-nin gələcəyinin təmin edilməsi”, “Dəyişikliyin vacibliyinin əsaslandırılması”, “Poçt şəbəkələri arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılması”, “Poçt sektoru bazarının effektiv fəaliyyətinə dəstək verilməsi”, “Müasir və davamlı məhsullarla təminat” adlı qruplar təşkil edilib və bu qruplar altında geniş müzakirələr keçirilib.
N.Məmmədov “Müasir və davamlı məhsullarla təminat” qrupunun tərkibində iştirak etməklə Azərbaycan poçtunda son illər ərzində görülən işlər, prioritet inkişaf istiqamətləri və tətbiq edilməsi nəzərdə tutulan yeni xidmət və məhsullar barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarıni cavablandırıb.
Müzakirələrin nəticəsi olaraq Azərbaycan poçtunda son illər ərzində görülən işlər təqdirəlayiq hesab edilib.
Qeyd edək ki, ikigünlük müzakirələrin yekunu olaraq region ölkələrinin prioritet hesab etdikləri istiqamətlər nəzərə alınmaqla 2017-2020-ci illər üzrə “ÜPİ-nin İstanbul Ümumdünya Poçt Strategiyası”nın formalaşdırılması üzrə təkliflər irəli sürülüb. Qərara alınıb ki, poçt fəaliyyətinin effektivliyinin artırılması və e-kommersiyanın inkişaf etdirilməsi, maliyyə xidmətlərinin və poçt sahəsinin inkişaf etdirilməsi, elektron xidmətlər və onların diversifikasiyası əsas diqqət yetiriləcək mövzulardan olsun.
SEYMUR
Baxış sayı: 938
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək