Tarix:09/07/15
"ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, “Swiss Post”un nümayəndələri ilk dəfə ölkə üzrə sınaq rejimində yükləri çatdırmaq üçün nəzərdə tutulmuş pilotsuz təyyarəni rəsmi təqdim ediblər.
Yüklərin yeni üsulla çatdırılması sınaqları ilə “Swiss Post”, “Swiss WorldCargo” (“Swiss International Air Lines” aviaşirkətinin yük bölməsi) və pilotsuz təyyarələrin istehsalı və proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış “Matternet” şirkəti məşğul olur. İsveçrənin poçtu öz sistemi üçün “Matternet One” modelini seçib: "Bu pilotsuz təyyarə yüngül konstruksiyası ilə seçilir, çəkisi 1 kq-dək yükləri 10 kilometrdən çox məsafəyə daşıya bilir" – “Swiss Post”un nümayəndəsi bildirib.
Sınaq uçuşları iyulun sonunadək davam edəcək. Sistemin tam işə salınması yalnız 5 il sonra mümkün olacaq. Bu müddətdə poçt xidməti, son nəticədə tənzimləyici orqanlardan ölkə üzrə yüklərin bu üsulla çatdırılmasına icazə almaq üçün pilotsuz təyyarənin və sistemin təkmilləşdirilməsi üzərində işlər aparacaq.
İndi İsveçrənin poçtu ilk öncə fövqəladə vəziyyətlər zamanı pilotsuz təyyarələrdən istifadə etmək niyyətindədir. Məsələn, təbii fəlakət zamanı ətraf aləmlə əlaqəsi kəsilmiş rayonlara lazımi dərman və başqa kiçik yüklərin çatdırılması üçün istifadə edəcək.
Emil Hüseynov
İsveçrədə poçt pilotsuz təyyarələrlə daşınır
İsveçrənin poçt xidməti pilotsuz uçan aparatların (PUA) köməyi ilə yüklərin çatdırılması sisteminin sınaqlarına başlayıb. Sınaqlar iyulun sonunadək davam edəcək, ancaq proqram yalnız 5 il sonra tam işləməyə başlayacaq."ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, “Swiss Post”un nümayəndələri ilk dəfə ölkə üzrə sınaq rejimində yükləri çatdırmaq üçün nəzərdə tutulmuş pilotsuz təyyarəni rəsmi təqdim ediblər.
Yüklərin yeni üsulla çatdırılması sınaqları ilə “Swiss Post”, “Swiss WorldCargo” (“Swiss International Air Lines” aviaşirkətinin yük bölməsi) və pilotsuz təyyarələrin istehsalı və proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış “Matternet” şirkəti məşğul olur. İsveçrənin poçtu öz sistemi üçün “Matternet One” modelini seçib: "Bu pilotsuz təyyarə yüngül konstruksiyası ilə seçilir, çəkisi 1 kq-dək yükləri 10 kilometrdən çox məsafəyə daşıya bilir" – “Swiss Post”un nümayəndəsi bildirib.
Sınaq uçuşları iyulun sonunadək davam edəcək. Sistemin tam işə salınması yalnız 5 il sonra mümkün olacaq. Bu müddətdə poçt xidməti, son nəticədə tənzimləyici orqanlardan ölkə üzrə yüklərin bu üsulla çatdırılmasına icazə almaq üçün pilotsuz təyyarənin və sistemin təkmilləşdirilməsi üzərində işlər aparacaq.
İndi İsveçrənin poçtu ilk öncə fövqəladə vəziyyətlər zamanı pilotsuz təyyarələrdən istifadə etmək niyyətindədir. Məsələn, təbii fəlakət zamanı ətraf aləmlə əlaqəsi kəsilmiş rayonlara lazımi dərman və başqa kiçik yüklərin çatdırılması üçün istifadə edəcək.
Emil Hüseynov
Baxış sayı: 746
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək