12px13px15px17px
Tarix:28/07/15

Bir çox poçt şöbələri proqnoz tapşırıqlarını uğurla yerinə yetiriblər

 
Son illər Azərbaycanda məqsədyönlü aparılan dövlət siyasəti nəticəsində bütün sahələrdə ölkə iqtisadiyyatı özünün yüksək inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab llham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar rabitə sahəsinin də dinamik inkişafını təmin edib.
 
İyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsrolunan iclasında geniş məruzə ilə çıxış edən ölkə Prezidenti qeyd etmişdi ki, Azərbaycan uğurla inkişaf edir və inkişaf dinamik xarakter daşıyır. Ötən 6 ayda iqtisadiyyatımız 5,7 faiz artıb. Qeyri-neft sektorunda artım 9,2 faizdir. Qeyri-neft sənayesi isə 14 faizdən çox artmışdır ki, bu da görülən işlərin sayəsində mümkün olmuşdur.
 
İclasda çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vurğulamışdı ki, ölkə başçısının rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi sferasının bütün sahələrində olduğu kimi, hesabat dövründə, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilib və bu sahədə bir sıra uğurlara imza atılıb.
 
Bu sektorda gəlirlərin artımı 12 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təxminən 6 faiz artıqdır. Ötən 6 ayda poçt sektorunda da inkişaf dinamikası təmin edilib, iqtisadi göstəricilər yüksəlib. ildən-ilə inkişaf və tərəqqi edən Azərbaycan poçtu bu ilin 6 ayında da uğurlarını artırıb.
 
 "Azərpoçt" MMC-nin tabeçiliyində fəaliyyət göstərən 2 saylı poçt filialının kollektivi də bu dövrdə əzmlə çalışaraq kollektiv qarşısında qoyulmuş plan-tapşırıqların yerinə yetirilməsini təmin edib. Poçt filialının rəisi Yaşar Seyidov bizimlə söhbətində bildirib ki, 2015-ci ilin 6 aylıq proqnoz göstəricilərinə 108 faiz əməl olunub. Filial ümumi gəlirlərin 762,12 min manat proqnozuna qarşı 819,6 min manat gəlir əldə edib.
 
 
 Nəzərdə tutulan proqnozdan 57,5 min manat çox, keçən ilin müvafiq dövrü ilə müqayisədə 98,7 min manat (114 faiz) çox gəlir əldə edilib. Əhaliyə göstərilən xidmətlərin həcmi 500,6 min manat proqnoza qarşı 547,2 min manat gəlir əldə edib, yəni 109 faiz yerinə yetirib, nəticə nəzərdə tutulan proqnozdan 46,5 min manat çoxdur.

Poçt ödəniş nişanlarının satışından 101 faiz, yəni 3,3 min manat çox gəlir, pul baratlarının 114 faiz, (keçən ilin müvafıq dövrünə nisbətən isə 120 faiz artım), banderol və qiymətli məktublardan 103 faiz və ya 0,5 manat artıq, bağlamalardan 96 faiz, teleqraf rabitəsindən 148 faiz, aylıq telefon abunəsindən 141, işıq pullarının yığımı 118 faiz, qaz pullarının yığımından 125 faiz, su pullarının yığımından isə 101 faiz yerinə yetirilib.
 
Bu dövr ərzində valyuta mübadiləsi 180 faiz, "Western Union" 199 faiz, dövlət yol polisinin cərimələrinin yığımı 175 faiz yerinə yetirilib.
 
Vergi və DSMF pullarının yığımında da artım müşahidə olunub. Poçt filialında cari ilin 6 ayında bir çox poçt şöbələri proqnoz tapşırıqlarını uğurla yerinə yetiriblər. Bunlardan 9 saylı, 65 saylı, 73 saylı, 102 saylı, 138 saylı və digər poçt şöbələrini göstərmək olar. Filialın bütün poçt şöbələrində sürətli pul köçürmələri - "Zolotaya Korona", "Western Union", "Kontakt", "Kaspian Transfer Money" və "Komtec LTD" tətbiq olunmuşdur. öz işlərini günün tələbləri səviyyəsində quran 2 saylı poçt filialının kollektivi bundan sonra da əhaliyə göstərilən poçt xidmətinin səviyyəsini daha da yüksəldəcək, iqtisadi göstəricilərini artıracaq, 2015ci ili uğurla başa vurmaq üçün daha əzmlə çalışacaqdır.
 
 
"Respublika" qəzeti



Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024