12px13px15px17px
Tarix:28/09/15

“Azərpoçt” MMC-nin səyyar poçt avtomobili bayram günlərində də əhaliyə yüksək səviyyədə poçt və maliyyə xidmətləri göstərib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun 19 sentyabr  2015-ci il tarixdə Qəbələ rayonunda (Qəbələ, Şəki, Oğuz, İsmayıllı) bölgə sakinləri ilə keçirdiyi qəbul zamanı “Azərpoçt” MMC-yə verdiyi Solquca kəndində poçt xidmətinin göstərilməsi ilə bağlı tapşırığı yerinə yetirilib.
 
Belə ki, “Azərpoçt” MMC-nin səyyar poçt avtomobili 24 və 25 sentyabr 2015-ci il tarixlərində Qəbələ rayonunun Solquca kənd əhalisinə yüksək səviyyədə poçt və maliyyə xidmətləri göstərib. “Azərpoçt” MMC-nin səyyar poçt avtomobilinin göstərdiyi xidmət kənd əhalisinin və icra nümayəndəliyinin razılığına səbəb olub.
 



 



Qeyd edək ki, müştəri məmnunluğunu hədəf seçən “Azərpoçt” bu gün MMC-nin tabeliyində olan 10 regional poçt filialı, 53 rayon poçt filialı, 8 rayon rabitə qovşağı, 1500-ə yaxın poçt şöbəsi və 63 poçt agentliyi vasitəsilə əhaliyə 50 növdən artıq ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri göstərir.
 
 
Bu gün milli poçtumuz Mərkəzi Bank tərəfindən “Azərpoçt” MMC-yə verilmiş lisenziya əsasında ənənəvi poçt xidmətləri göstərilməsi ilə yanaşı, müxtəlif yönümlü müasir poçt-maliyyə xidmətləri, o cümlədən hesab açmadan pulköçürmələri, müxtəlif növ ödənişlərin qəbulu, xarici valyutanın alqı-satqısı, sığorta şəhadətnamələrinin verilməsi, eləcə də poçt filiallarında müştərilər üçün cari hesabların açılması, hesabların idarə olunması, cari hesablar üzrə köçürmə əməliyyatlarının aparılması, nağd pulun verilməsi, plastik kartların verilməsi, valyuta konvertasiyası kimi xidmətləri müştərilərinə çatdırır.





 




Həmçinin plastik kartlar vasitəsilə kənd yerlərində büdcə təşkilatlarında (təhsil və səhiyyə sahəsində) çalışan işçilərin əməkhaqlarının, eləcə də əhalinin pensiya və sosial müavinətlərinin verilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Poçt göndərişlərinin çatdırılması sürəti də bu gün kifayət qədər yüksək hesab edilir və təhlillər də göstərir ki, “Azərpoçt” MMC-nin tabeli poçt filialları üzrə sığortalı poçt göndərişləri ilə əlaqədar itki və ya oğurluq halları qeydə alınmayıb.
 
 








Ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə yeni xidmət -  “SMS-bildiriş”lərin göstərilməsinə başlanılıb.
 
 
Bu gün ən müasir maliyyə xidmətlərinin göstərilməsində bazarın aktiv iştirakçısına çevrilən MMC “Maliyyə Xidmətlərinin İnkişafı” Layihəsi üzrə nəzərdə tutulmuş poçt şöbələrinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirləri də görməkdədir.
 
Göstərdiyi yüksək keyfiyyətli xidmətlərin nəticəsi olaraq “Azərpoçt” MMC ilin yekunlarına görə keyfiyyətin idarə olunması və sürətli poçt xidməti sahəsində hər iki nominasiyada ÜPİ-nin qızıl səviyyəli sertifikatlarına layiq görülüb.
 
 
Ümumiyyətlə, son illərdə Azərbaycan poçtunda gedən dinamik inkişaf və əldə edilmiş yüksək nailiyyətlər ÜPİ rəhbərliyinin də ölkəmizə ciddi maraq göstərməsinə səbəb olub. Bütün bunlarla kifayətlənməyən MMC cari il ərzində də fəaliyyətini müştəri məmnunluğunun daha da artırılması üzərində qurub. Belə ki, bu il ərzində də poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib.
 
Əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni poçt agentlikləri açılaraq əhalinin istifadəsinə verilib, bank- maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb, ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilib və s. Poçt sahəsində görülən işlərin məntiqi nəticəsi olaraq, cari il ərzində  daxili sadə və sifarişli məktub korrespondensiyalarının, həmçinin daxil olan beynəlxalq kiçik paketlərin sayı da artıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1137

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024