Tarix:09/10/15
9 oktyabr tarixinin Ümumdünya Poçt Günü kimi qeyd olunması barədə qərar isə 1969-cu ildə Yaponiyada keçirilmiş ÜPİ-nin Konqresində qəbul edilib.
Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv-ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən ÜPİ üzvlüyünə qəbul olunmuş və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Poçt müdiriyyəti ÜPİ orqanlarındakı fəal iştirakının və gərgin əməyinin nəticəsi olaraq ÜPİ-nin mötəbər orqanlarında -Administrativ Şurada 8 il, Poçt İstismarı Şurasında isə 4 il üzv-ölkə kimi fəaliyyət göstərib.
"Azərpoçt" MMC tərəfindən 9 oktyabr Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 141 illiyi münasibətilə geniş tədbirlər həyata keçirilib. Tədbirlər Planına əsasən, əlamətdar gün münasibətilə tabeli müəssisələrdə toplantılar keçirilib.
Bundan başqa poçt şöbələrində və ictimai yerlərdə "9 oktyabr - Ümumdünya Poçt günüdür" sözləri yazılmış plakatlar asılıb, ÜPİ-nin üzvü olan ölkələrə və ÜPİ-nin qərargahına, veteran poçt işçilərinə bayram münasibəti ilə təbriklər göndərilib.
Eyni zamanda texniki vasitələrin daimi işləməsi, poçt göndərişlərinin vətəndaşlara vaxtında çatdırılmasına nəzarət gücləndirilib.
Bundan başqa bayram münasibətilə Kürdəmir Poçt Filialının Qocalı və Mehdili Poçt şöbəsi binalarının açılışı, "Azərpoçt" MMC-nin mobil avtomobillərinin Xaçmaz və Biləsuvar rayonlarının Xanoba və Qoşatəpə sərhəd keçid məntəqələrində maliyyə-poçt xidmətlərinin göstərilməsi təşkil edilib. Bu gün "Azərpoçt" MMC-də bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
RƏVAN
Bu gün ümumdünya poçt günüdür
Məhz 9 oktyabr 1874-cü ildə İsveçrənin Bern şəhərində dünyanın 22 ölkəsinin iştirakı ilə keçirilmiş toplantıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaradılması haqda razılığa gəlinib və vahid beynəlxalq poçt qaydaları müəyyən edilib.9 oktyabr tarixinin Ümumdünya Poçt Günü kimi qeyd olunması barədə qərar isə 1969-cu ildə Yaponiyada keçirilmiş ÜPİ-nin Konqresində qəbul edilib.
Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv-ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən ÜPİ üzvlüyünə qəbul olunmuş və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Poçt müdiriyyəti ÜPİ orqanlarındakı fəal iştirakının və gərgin əməyinin nəticəsi olaraq ÜPİ-nin mötəbər orqanlarında -Administrativ Şurada 8 il, Poçt İstismarı Şurasında isə 4 il üzv-ölkə kimi fəaliyyət göstərib.
"Azərpoçt" MMC tərəfindən 9 oktyabr Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 141 illiyi münasibətilə geniş tədbirlər həyata keçirilib. Tədbirlər Planına əsasən, əlamətdar gün münasibətilə tabeli müəssisələrdə toplantılar keçirilib.
Bundan başqa poçt şöbələrində və ictimai yerlərdə "9 oktyabr - Ümumdünya Poçt günüdür" sözləri yazılmış plakatlar asılıb, ÜPİ-nin üzvü olan ölkələrə və ÜPİ-nin qərargahına, veteran poçt işçilərinə bayram münasibəti ilə təbriklər göndərilib.
Eyni zamanda texniki vasitələrin daimi işləməsi, poçt göndərişlərinin vətəndaşlara vaxtında çatdırılmasına nəzarət gücləndirilib.
Bundan başqa bayram münasibətilə Kürdəmir Poçt Filialının Qocalı və Mehdili Poçt şöbəsi binalarının açılışı, "Azərpoçt" MMC-nin mobil avtomobillərinin Xaçmaz və Biləsuvar rayonlarının Xanoba və Qoşatəpə sərhəd keçid məntəqələrində maliyyə-poçt xidmətlərinin göstərilməsi təşkil edilib. Bu gün "Azərpoçt" MMC-də bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
RƏVAN
Baxış sayı: 865
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək