12px13px15px17px
Tarix:09/10/15

Ümumdünya Poçt İttifaqının yaranmasının ildönümü ilə bağlı “Azərpoçt”da tədbir keçirilib

Bu gün Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 141-ci ildönümüdür. Bu məqsədlə "Azərpoçt" MMC-nin akt zalında geniş tədbir keçirilib.
 
 
Tədbiri açıq elan edən "Azərpoçt" MMC-nin baş direktor müavini Sübhan Kazımov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
 
 
S.Kazımov  ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən poçt rabitəsi sahəsinin sürətlə inkişaf etdiyini  bildirərək ÜPİ tərəfindən Azərbaycan poçtunun digər ölkələrə nümunə göstərildiyini təqdirəlayiq hal kimi dəyərləndirib. O, bu uğurda hər bir poçt işçisinin rolunu yüksək qiymətləndirib.
 
 "ÜPİ, həmçinin Dünya Bankı  bank və maliyyə xidmətlərinin tətbiqi sahəsində uğurlarımızı dəfələrlə yüksək qiymətləndirib. Bankın nümayəndələri ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşlərdə bu məsələ geniş müzakirə olunub. Heç təsadüfi deyil ki, digər xidmətlərlə yanaşı, bu xidmətimizin tətbiqi mexanizminin öyrənilməsi bir çox ölkələrə tövsiyə olunub.  Təcrübə mübadiləsi üçün artıq Moldova, İran, Litva, Qırğızıstan, Qazaxıstan kimi ölkələrin poçt operatorları bizə müraciət ediblər. Son illərdə aparılan məqsədyönlü tədbirlərin və yüksəksəviyyəli idarəetmənin nəticəsidir ki, "Azərpoçt" MMC 2013-cü ildə Keyfiyyətin idarə edilməsi üzrə ÜPİ-nin qızıl səviyyəli sertifikatına, cari ildə ÜPİ-nin ünvanlama standartı üzrə sertifikata, həmçinin sürətli poçt xidmətləri (EMS) üzrə 8 dəfə qızıl səviyyəli sertifikata layiq görülüb".
 
S.Kazımov daha sonra Respublika üzrə poçt müəssisələrinin qazandığı uğurlardan danışaraq vaxtilə dotasiya ilə işləyən müəssisələrin 30-a yaxınının tam rentabelliklə birincilik uğurunda mübarizəyə qoşulmasını ən böyük uğur kimi dəyərləndirib.




  



  Tədbirdə çıxış edən veteran poçt işçiləri poçtun inkişafından danışaraq gənc kadrlara tövsiyələrini bildiriblər.
 
Sonda baş direktor Qənbər Bəybalayev tərəfindən imzalanan müvafiq əmrə əsasən,  poçt sahəsində fərqlənən əməkdaşlara fəxri fərmanlar və pul mükafatları təqdim olunub.




 


Məlumat üçün bildirək ki, Ümumdünya Poçt Günü münasibəti ilə respublikamızın bölgələrində də tədbirlər keçirilib.

Bu gün həmçinin 2 yeni poçt şöbəsinin açılışı olub.
 
  Qeyd edək ki, beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi hazırda planetimizin bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə başlayıb. ÜPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilmiş Beynəlxalq Poçt konqresində imzalanıb.  İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.
 
RƏVAN
 



 



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024