12px13px15px17px
Tarix:23/10/15

Azərbaycan və Moldovanın birgə buraxılışı olan poçt markalarının təqdimat mərasimi keçirilib

Azərbaycanın Moldova Respublikasındakı  Səfirliyində  hər iki ölkənin xalq rəqslərinə həsr edilmiş poçt markalarının birgə buraxılışının rəsmi təqdimat mərasimi və markalara poçt ştempeli vurulması proseduru baş tutub.

 







Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, iki qardaş xalqın çoxəsrlik ənənələri və özünəməxsus mədəniyyətini əks etdirən bu markaların buraxılışı səfirliyin təşəbbüsü, Azərbaycanın “Azərmarka” MMC və Moldovanın “Poşta Moldovei” dövlət müəssisəsinin birgə fəaliyyəti sayəsində mümkün olub.
 









Təqdimat mərasimində Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Filatelistlər İttifaqının sədri  Namiq Əliyev çıxış edərək bildirib ki, bu markaların buraxılışı mədəniyyət sferasında və filatelistlərin həyatında əhəmiyyətli hadisədir. Onun sözlərinə görə, bu, Azərbaycan və Moldova xalqları arasında mədəni əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinə xidmət etməklə milli mədəniyyətin təbliği üzrə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasətini təcəssüm etdirir.

 







Sonra  Moldovanın mədəniyyət naziri Monika Babuk çıxış edib. O, öz çıxışında qeyd edib ki, bu hadisə bir daha Azərbaycan və Moldova xalqlarının dostluğunu, mənəvi yaxınlığını və onların öz mədəni köklərinə sədaqətini göstərir.
 
Tədbirdə, həmçinin “Azərmarka” MMC-nin baş direktoru İntiqam Bağırlı və “Poşta Moldovei” dövlət müəssisəsinin baş direktorunun müavini Serqey Batyuşka çıxış ediblər.
 
Bundan sonra Azərbaycan və Moldovanın xalq rəqslərinə həsr edilmiş poçt markalarına rəsmi ştempeli vurma proseduru baş tutub.
 
Tədbirdə Türkiyə, Bolqarıstan, Rusiya, Polşa, Gürcüstan, Belarus, Qətər və Ukraynanın Moldovadakı fövqəladə və səlahiyyətli səfirləri,  Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndələri, Şərqi Moldova və Feleşt Yepiskopu Filaret,  ölkənin sabiq ombudsmanı Aureliya Qriqoriu, Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu, universitetlərin rektorları, yaradıcılıq ittifaqlarının rəhbərləri, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, incəsənət xadimləri, ictimai xadimlər, kolleksiyaçılar, Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri və üzvləri, biznesmenlər və KİV təmsilçiləri iştirak ediblər.
 
Tədbir çərçivəsində Azərbaycan və xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında  poçt markaları və mətbu nəşrlərin sərgisi təşkil edilib.
 
CAHANGİR
 



Baxış sayı: 889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024