12px13px15px17px
Tarix:10/10/11

Bank və maliyyə xidmətlərinə qoşulan ilk regional poçt filialı

Göyçay rayonunun Çaxırlı kəndində yeni poçt şöbəsi istifadəyə verilib. Uzun müddətdir ki, köhnə bir binada fəaliyyət göstərən kənd poct şöbəsi müasir avadanlıqlarla da təmin olunub. Burada vətəndaşlara bank və maliyyə xidmətləri göstərmək üçün kompyuterlər də qurulub.

Açılış mərasimində çıxış edənlər son illər ölkəmizdə poçt xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq poçtun ənənəvi xidmətlərlə yanaşı, bank və maliyyə xidmətləri göstərməsini yüksək hal kimi dəyərləndiriblər.

Qeyd edək ki, Göyçay RPF bank və maliyyə xidmətlərinə qoşulan ilk regional poçt filialıdır.



Baxış sayı: 1750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024