12px13px15px17px
Tarix:16/11/17

400-dək poçt şöbəsində “smart kart”lara ödəniş edilməsi mümkün oldu

Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik “Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, filial və şöbələrində valyuta əməliyyatları, kommunal ödənişlərin qəbulunu da həyata keçirir.

Ucqar rayon və kənd yerlərində bank filialları və ödəniş terminalları olmadığından vətəndaşlar təbii qazdan istifadəyə görə “smart kart”lara ödəniş edilməsində problemlə üzləşirdi.

Bu istiqamətdə müraciətləri nəzərə alaraq “Azərpoçt” təbii qazdan istifadəyə görə ödənişlər üçün filiallarını daha 300 ədəd xüsusi qurğularla (kartrider) təchiz edib.

Hazırda rayonlarda 128, Bakı şəhərində isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb.

Bundan əlavə, elektrik enerjisi üzrə də poçt şöbələrində “smart kart”ların balansını artırmaq mümkündür. Belə ki, respublika üzrə artıq 162 poçt şöbəsində  elektrik “smart kart”larına ödənişlər həyata keçirilir.

Məqsəd ödəniş terminallarının olmadığı və azlıq təşkil etdiyi yerlərdə əhalinin  kommunal xidmət ödənişini poçtda həyata keçirməsinə şərait yaratmaqdır.




Baxış sayı: 778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024