12px13px15px17px
Tarix:06/03/18

"Azərpoçt" məktub yazmaq aksiyası keçirib

Fikri məktubla ifadə etmək ənənəsinın tarixi minilliklərə əsaslanır. Müasir texnologiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə məktub yazmaq ənənəsi, demək olar ki, unudulub. Bu isə getdikcə yazı vərdişindən uzaqlaşmağımıza səbəb olur.
 
Bunu nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktub yazmaq aksiyası keçirib.
 
Aksiyanın məqsədi insanlarda məktub yazmaq vərdişini təşviq etmək olub.   
 
 "Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın! Siz yazın, biz mütləq çatdıracağıq!" şüarı ilə təşkil olunan aksiya "Park Bulvar" ticarət mərkəzində baş tutub.
 
"Şəbəkə" xidmət mərkəzinin sözügedən ticarət mərkəzində quraşdırılmış mini ofisinə yaxınlaşanlar həyatındakı əziz qadınlara  məktub yazmaq imkanı əldə ediblər.
 
Aksiya çərçivəsində yazılan bütün məktublar "Azərpoçt" MMC-nin poçtalyonları tərəfindən müvafiq ünvanlara çatdırılacaq.
 
Qeyd edək ki, eyni məkanda "Azərmarka" MMC-yə məxsus stenddə 8 Mart Beynəlxalq Qadınlar Günü üçün nəzərdə tutulmuş açıqca və hədiyyələr də satışa çıxarılıb.




















Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024