12px13px15px17px
Tarix:09/10/18

Bu gün Ümumdünya Poçt Günüdür

9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. Bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 144 illiyi tamam olur. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb.
 
Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib. Və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd edilir.
 
Son 15 ildə Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.
 
BMT-nin ixtisaslaşmış təşkilatlarından olan  ÜPİ son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib.
 
Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və müharibə nəticəsində zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir.
 
Azərbaycan Poçtu dünyanın qabaqcıl poçt administrasiyalarından birinə çevrilib. Dünya ölkələri arasında ilk dəfə olaraq Azərbaycan Poçtunda Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına 2005-ci ildən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqinə başlanılıb. Layihə 2010-cu ildə uğurla sona çatdırılıb. Bu layihənin tətbiqi nəticəsində Azərbaycan Poçtu poçt-maliyyə xidmətlərinin göstərilməsində rəqabətə davamlı qurumlardan biridir.
 
Hazırda vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri fəaliyyət göstərir. Ölkə üzrə 8 “Şəbəkə” xidmət mərkəzi fəaliyyətdədir. Onlardan 5-i paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərində yerləşir.
 
“Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.
 
"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və  turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
 
Bu gün Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi də fəaliyyət göstərir. Müvafiq layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir.
 
Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan poçt sahəsində dəfələrlə beynəlxalq səviyyədə qiymətləndirilib. Ölkəmiz sürətli poçt xidmətlərinin (EMS) göstərilməsi üzrə müxtəlif illərdə ÜPİ tərəfindən Gümüş və Qızıl səviyyəli sertifikatlarla təltif olunub.





Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2019

25/05/19
Yaponiyada ilk robot yanğınsöndürənlər dəstəsi yaradılıb

Yaponiyada insanlardan istifadənin təhlükəli olduğu xüsusi ağır və miqyaslı alovlanmanın söndürülməsi ü

24 05 2019

24/05/19
Analitiklər internetə qoşulmuş avtomobillərin populyarlaşmasını proqnozlaşdırır

“IDC”-nin ekspertləri yaxın gələcəkdə internetə qoşulmuş nəqliyyatın ("connected car") geniş yayılmasın

24/05/19
Azərbaycan və Rusiya arasında nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadənin rəhbərlik

24/05/19
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən Şabran rayonunun şəhid

24/05/19
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai

24/05/19
“Facebook” 2,2 milyard saxta hesabı silib

“Facebook” şirkəti cari ilin birinci rübündə 2,19 milyard saxta hesab silib. 2018-ci ilin dördüncü rüb

24/05/19
“Samsung Galaxy A70S” 64 meqapikselli kameraya malik ilk smartfon olacaq

Cənubi Koreyanın texnoloji nəhəngi “Samsung” sahə üzrə ilk dəfə 64 meqapikselli kamera ilə təchiz edilə

24/05/19
“Amazon” şirkəti emosiyaları tanıyan qurğu hazırlayır

“Amazon” şirkəti insan emosiyalarını müəyyənləşdirən səsli aktivasiyaya malik daşınan qurğu 

24/05/19
“Apple” yenidən ən bahalı brend elan edilib

Nüfuzlu “Forbes” jurnalı “Apple” brendini 9-cu il ardıcıl dünyanın ən bahalı brendi adlandırıb.

24/05/19
Dünyada ilk rəqəmli çevirici təqdim olunub

Bu həftə dünyada “Atom Power” şirkətinin mütəxəssisləri tərəfindən kommersiya istifadəsi üçün

24/05/19
Dünyanın “ən təhlükəli noutbuk”u hərraca çıxarılıb

İnternetdə 95 milyard dollarlıq ziyan vuran 6 zərərli proqrama malik noutbuk satışa çıxarılıb. “The Pers