Tarix:18/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, tərtibatçılar əsas diqqəti psixi pozğunluğun ikinci dərəcəli əlamətlərinə - istifadəçinin qurğu ilə təmasına aid dəyişikliklərə yönəldiblər. Əlavə bu barədə məlumatlar toplayır, onları serverlə bölüşür və bundan sonra süni intellekt əldə olunan informasiyanı analiz edir.
Məlumata görə, süni intellekt ən kiçik detalları belə nəzərə alır: smartfon ekranına basılmanın gücü, barmağın ekranda saxlanılma müddəti, mətnin yığılması zamanı amplitudalar. Bütün bunlar xəstəlik əlamətləri ola bilər. İlkin testlərdən məlum olub ki, bu metod əvvəlki pozuntuların aşkarlanması zamanı ənənəvi söhbət və sınaqlarla müqayisədə daha effektivdir.
“Health” yaradıcılarının sözlərinə görə, əlavə istifadəçi haqqında çoxlu məlumat toplayacaq, lakin serverlə yalnız fərdiləşdirilməyən şifrlənmiş informasiyanı bölüşəcək. Bununla yanaşı, onlardan kənar saytlar istifadə edə bilməyəcək, yazışmalar, zənglər və parollar isə seçimdə iştirak etməyəcək.
Nizam Nuriyev
Yeni mobil əlavə depressiya əlamətlərini müəyyənləşdirməyə kömək edəcək
“Mindstrong” tibb startapı “iOS” əməliyyat sistemi üçün yenilənmiş “Health” əlavəsini təqdim edib. Mobil proqram istifadəçinin qurğu ilə əlaqəsi əsasında depressiya, şizofreniya və bipolyar pozuntunun ilkin əlamətlərini aşkarlayır.“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, tərtibatçılar əsas diqqəti psixi pozğunluğun ikinci dərəcəli əlamətlərinə - istifadəçinin qurğu ilə təmasına aid dəyişikliklərə yönəldiblər. Əlavə bu barədə məlumatlar toplayır, onları serverlə bölüşür və bundan sonra süni intellekt əldə olunan informasiyanı analiz edir.
Məlumata görə, süni intellekt ən kiçik detalları belə nəzərə alır: smartfon ekranına basılmanın gücü, barmağın ekranda saxlanılma müddəti, mətnin yığılması zamanı amplitudalar. Bütün bunlar xəstəlik əlamətləri ola bilər. İlkin testlərdən məlum olub ki, bu metod əvvəlki pozuntuların aşkarlanması zamanı ənənəvi söhbət və sınaqlarla müqayisədə daha effektivdir.
“Health” yaradıcılarının sözlərinə görə, əlavə istifadəçi haqqında çoxlu məlumat toplayacaq, lakin serverlə yalnız fərdiləşdirilməyən şifrlənmiş informasiyanı bölüşəcək. Bununla yanaşı, onlardan kənar saytlar istifadə edə bilməyəcək, yazışmalar, zənglər və parollar isə seçimdə iştirak etməyəcək.
Nizam Nuriyev
Baxış sayı: 409
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet