12px13px15px17px
Tarix:14/11/11

“Azərpoçt” internet sorğu sistemi vasitəsi ilə 134 ölkə ilə əməkdaşlıq edir

“Azərpoçt” MMC internet sorğu sistemi vasitəsi ilə hal-hazırda dünyanın 134 ölkəsi ilə əməkdaşlıq edir. Sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sisteminin tutumu məhdud olduğu üçün hələlik qarşılıqlı razılaşma əsasında yalnız 24 ölkə - İngiltərə, İsveçrə, ABŞ, Almaniya, Finlandiya, Honq-Konq, Yaponiya, Çin Xalq Respublikası, Hindistan, Sinqapur, Xorvatiya, İspaniya, İsveş, Niderland, Yunanıstan, Çexiya, Pakistan, Misir, Estoniya, İordaniya, Slovakiya, Danimarka, Cənubi Afrika Respublikası ilə həyata keçirilir.

“Azərpoçt” MMC bundan başqa dünyanın 55 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair internet vasitəsilə operativ elektron sorğu sistemindən istifadə edir. Bu sistem vasitəsilə bu il ərzində sorğuların sayı 500-ə çatmışdır. Qeyd edək ki, bu sistem bütün regionlar üzrə də mövcuddur.



Baxış sayı: 1512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024