12px13px15px17px
Tarix:14/11/11

“Azərpoçt” “ULTEL”-lə müqavilə imzalayıb

Bakı şəhər poçt şöbələrində “ULTEL”MMC-nin telefon abunəçilərindən xidmət haqlarının yığımı ilə bağlı, “Azərpoçt” MMC ilə “ULTEL” MMC arasında yeni müqavilə imzalanıb. Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Belə ki, tərəflər arasında bağlanan yeni müqaviləyə görə, xidmət haqqı 0.75%-dən 1.25%-ə qaldırılıb.

Bundan başqa Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon poçt şöbələrində sudan istifadə və kanalizasiya xidmətinə görə abunəçilərdən pul vəsaitlərinin yığımı ilə bağlı, “Azərpoçt” MMC və “Azərsu” ASC arasında bağlanan yeni müqaviləyə əsasən xidmət haqqı 1.5%-dən 2%-ə qaldırılıb ki, bütün bunlar müəssisənin gəlirlərinin artırılmasına səbəb olub.

Qeyd edək ki, “Azərpoçt”MMC elektrik enerjisi və qaz haqlarının yığımında da xidmət haqlarının qaldırılması istiqamətində işlər aparır.



Baxış sayı: 1936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024