“LG” şirkəti avtomobil, qatar və təyyarələr üçün şəffaf OLED displeylərini təqdim edib
“LG” şirkəti avtomobil, qatar və təyyarələr üçün şəffaf OLED displeylərini təqdim edib. Şirkətin digər hazırlamalarına qatlanan televizor ekranını nümunə göstərmək olar.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “LG Display” ilk 2018-ci ildə rulon kimi burulan 65 düymlük çox nazik OLED displeyini təqdim etmişdi. Ekran 4K formatında videonu yayımlamağa imkan verir. İndi şirkət “CES 2020” sərgisində rulon kimi burulan kütləvi televizor modelini təqdim etməyə hazırlaşır.
Bundan başqa, şirkətin sərgidəki stendində təyyarənin illüminatorlarına quraşdırılmış OLED displeylərdən ibarət video divar təqdim ediləcək.
Mühəndislərin ideyası sərnişinlərə salonun daxilində böyük məkan hissi yaratmaqdır, lakin aviaşirkətlər böyük ehtimalla bu texnologiyadan birinci dərəcəli sərnişinlərə əlavə üstünlüklər yaratmaq üçün istifadə edəcəklər.
“LG” şirkəti, həmçinin avtomobillər üçün 4 plastik OLED displeydən ibarət cihaz paneli təqdim edəcək: 14 düymlük əsas ekran, 12,3 düymlük informasiya displeyi, 12,3 düymlük "Co-Driver" displeyi və 12,8 düymlük mərkəzi panel.
Bildirək ki, “CES 2020” sərgisi bu gündən öz işinə başlayıb.
Emil Hüseynov
Baxış sayı: 847
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək