“Samsung Galaxy M31s” smartfonu tutumlu akkumulyator və 8 QB yaddaşla təchiz edilib
“Samsung” şirkəti “Galaxy M31” smartfonunun çıxarılmasından 5 ay sonra cihazın yenilənmiş versiyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon 2400x1080 piksel təsvir ölçülü, maksimal parlaqlığı 420 nit olan 6,5 düymlük “Super AMOLED” displey və 32 meqapiksellik ön kamera ilə təchiz edilib. “Galaxy M31s” smartfonu “Exynos 9611” mobil platforması, 6 və ya 8 QB əməli yaddaşa malikdir. Hər iki halda daxili yaddaşın tutumu 128 QB təşkil edir (256 QB-lıq “microSD” yaddaş kartı quraşdırmaq mümkündür).
Korpusun arxa tərəfində 64, 12, 5 və 5 meqapiksellik 4 sensordan ibarət əsas kamera modulu yerləşib. Qurğuya quraşdırılmış akkumulyatorun tutumu 6000 milliamper/saatdır, dəstəklənən enerji mənbələrinin gücü isə istehsal xəttinin əvvəlki modeli ilə müqayisədə 25 vattadək artırılıb.
Emil Hüseynov
Baxış sayı: 19261
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək