“Azərpoçt”la Türkiyə Poçtu müqavilələr imzaladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC, Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) və "Aktif Bank" arasında müqavilələr imzalanıb. Sənədlər ödəniş ötürmə sistemi üzrə, eləcə də "Azərpoçt" və PTT arasında mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, qurumlar arasında poçt və maliyyə sahəsində imzalanan müqavilələr qarşılıqlı əməkdaşlıq sahəsində yeni imkanlar yaradacaq.
"Ödəniş transferi sistemi üzrə əməkdaşlıq" müqaviləsinə əsasən, iki poçt operatoru müştərək xidmətlərdə əhaliyə daha sərfəli tariflərlə xidmət göstərəcək. Müqavilə çərçivəsində "Azərpoçt" MMC və PTT, "Aktif Bank" tərəfindən təqdim olunan "Ödəniş ötürmə sistemi"ndən istifadə etmək barədə razılığa gəlib. "Aktif Bank" tərəflərə "Ödəniş ötürmə sistemi" şəbəkəsinə qoşulmaq və ödəniş tapşırıqlarını vermək üçün xidmətindən istifadə etmək imkanı yaradıb. Layihənin müsbət tərəflərindən biri odur ki, vətəndaşlar "Azərpoçt" və PTT-nin istənilən poçt məntəqəsində daha aşağı tariflərlə xidmətdən istifadə edə biləcəklər.
Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi haqqında əməkdaşlıq müqaviləsinə əsasən isə elektron ticarət mallarının bazara uyğun qiymətlərlə çatdırılması nəzərdə tutulur. Müqavilənin reallaşdırılması iki ölkə arasında mübadilə olunan poçt həcminin daha da artmasına imkan verir.
Baxış sayı: 1881
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək