12px13px15px17px
Tarix:14/04/21

“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin Baş direktoru Əfqan Cəlilovla Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının (PTT) Baş müdiri Hakan Gülten arasında onlayn görüş keçirilib.

 

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ötən ilin mart ayından bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb. Bu çətin dövrdə belə "Azərpoçt" və PTT qarşılıqlı əməkdaşlığı dayandırmayıb. Əksinə, aparılan danışıqlar nəticəsində poçt mübadiləsi həyata keçirilib və işlər bu gün də uğurla davam etdirilir.

 

Görüşdə iki qurum arasında poçt və maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi və pul köçürmə sistemi üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

 

"Azərpoçt" MMC və PTT rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

 

 

 





Baxış sayı: 7130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024