12px13px15px17px
Tarix:05/01/12

Böyük şəhərlərin poçt şöbələrində markalayıcı maşınlar qurula bilər

Bakıda mərkəzi poçt şöbəsində qurulan markalayıcı maşın ölkənin digər şəhərlərinin poçt şöbələrində də qurula bilər. Bu barədə “Azərpoçt”MMC-nin Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov  məlumat verib.

Onun sözlərinə görə, bu maşın  sadə və sifarişli poçt kartı, açıqca, xəbərnamə blankı, məktub və banderolların üzərində tarifə uyğun göndərmə haqqının məbləğini və təqvim ştempelinin əksini mürəkkəbli damğa ilə həkk etdirən qurğudur.

Poçt göndərişlərinin üzərinə vurulan poçt markasının  nominal dəyərini və təqvim ştempelini əvəz edir.”Bu, adətən korporativ müştərilər üçün sərfəlidir. Yəni məktub göndərənin bir neçə yüz eyni nominallı məktubunu bir neçə dəqiqə ərzində hazırlaması üçün sərfəlidir.

Belə avadanlıqlar digər şəhərlərdə də qurula bilər”.
Qeyd edək ki, yeni texnologiya əsasında poçt şöbələrini modernləşdirən “Azərpoçt”MMC bu avadanlığı Türkiyədən gətirib.
 




Baxış sayı: 1614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024