12px13px15px17px
Tarix:07/02/12

Naxçıvanda 70 poçt bölməsi avtomatlaşdırılıb

Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanan “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 70 poçt bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilərək rayon mərkəzlərinədək  şəbəkənin qurulması başa çatdırılıb.

Bu barədə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir. Yeni xidmətin yaradılması ilə əlaqədar Naxçıvan şəhəri Universitet şəhərciyindəki 12 nömrəli poçt bölməsi,  Şərur rayonunun Mahmudkənd, Yuxarı Daşarx, Siyaqut, Çomaxtur, Düdəngə, Ordubad rayonunun Gənzə, Culfa rayonunun Xanəgah, Nəhəcir, Babək rayonunun Didivar, Nəzərabad, Şahbuz rayonunun Aşağı Qışlaq, Yuxarı Qışlaq, Külüs, Keçili, Kəngərli rayonunun Yeni Kərki, Qabıllı kəndlərində yeni poçt bölmələri istifadəyə verilib. 
 




Baxış sayı: 1858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024