12px13px15px17px
Tarix:17/04/14

Almaniyada xüsusi xidmət orqanlarından mühafizə olunan elektron poçt xidməti yaradılıb

Xüsusi xidmət orqanları tərəfindən izlənmədən mühafizə edən “Lavaboom” elektron poçtu “Twitter”dəki səhifəsində fəaliyyətə başladığını elan edib. Xidmət şifrlənmiş məktub göndərmək imkanı təklif edir.
 
"Şifrlənməmiş mətn göndərdikdə, siz poçt açıqcası göndərirsiniz. O zaman mətn qəbul edənə çatanadək 1000 dəfə oxunula bilər. Biz isə açıqca deyil, zərf içində məktub göndəririk" – şirkətin saytında yazılıb.
 
“ICTnews” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, hazırda ilkin qeydiyyatdan keçməklə gələcəkdə poçt müştərisinin yüklənməsinə dəvət almaq olar. “Lavaboom” xidməti dəvətlərin göndərilməsinə aprelin sonunda başlamağa söz verib.
 
Xidmətin ödənişsiz paketi informasiyanın saxlanılması üçün 250 MB disk yeri nəzərdə tutur, bu həcm təxminən 1000 məktub deməkdir. 1 QB həcmində disk yeri və daha təhlükəsiz mühafizə sistemi aylıq 8 avroya başa gələcək.
 
"Xidmətimiz informatorlar, aktivistlər, hüquqşünaslar, jurnalistlər, həmçinin adi insanlar üçün nəzərdə tutulub. Sistemin sadəliyi təhlükəsiz poçtu istənilən şəxs üçün əlçatan edir" – şirkətdən bildirilib.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 1097

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024