Tarix:10/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “ITC” resursuna istinadən yazır ki, zavod paytaxt Dehli yaxınlığında Noida şəhərində yerləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, dünyada smartfon istehsalı üzrə ən böyük müəssisədir. Burada ildə 120 milyon smartfonun buraxılışı nəzərdə tutulur. Zavodda qiyməti 100 dollaradək olan həm ucuz, həm də “Galaxy S” seriyalı qabaqcıl modellərin istehsalı planlaşdırılır.
Bildirilir ki, Hindistan smartfonların satışı üçün ən böyük bazardır. Əhalisinin sayı 1,3 milyard təşkil edən ölkədə smartfon istifadəçilərinin sayı 400 milyona yaxındır.
“IDC” analitik şirkətinin məlumatına görə, 2017-ci ildə Hindistana smartfonların tədarük həcmi 124 milyon qurğuya çatıb. Beləliklə, təkcə bir “Samsung” zavodu yerli bazarda smartfonlara tələbatı tam ödəyəcək. Lakin Hindistan bazarında bu yaxınlarda “Xiaomi” şirkəti smartfonların satışına görə “Samsung”u geridə qoyaraq lider mövqeyə sahib çıxıb.
Nizam Nuriyev
“Samsung” şirkəti Hindistanda smartfon istehsal edəcək
“Samsung” şirkəti Hindistanda smartfon istehsalı üzrə yeni zavod açıb. Açılış mərasimində Hindistanın baş naziri Narendra Mod və Cənubi Koreya Prezidenti Mun Çje İn iştirak edib.“ICTnews” Elektron Xəbər Xidməti “ITC” resursuna istinadən yazır ki, zavod paytaxt Dehli yaxınlığında Noida şəhərində yerləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, dünyada smartfon istehsalı üzrə ən böyük müəssisədir. Burada ildə 120 milyon smartfonun buraxılışı nəzərdə tutulur. Zavodda qiyməti 100 dollaradək olan həm ucuz, həm də “Galaxy S” seriyalı qabaqcıl modellərin istehsalı planlaşdırılır.
Bildirilir ki, Hindistan smartfonların satışı üçün ən böyük bazardır. Əhalisinin sayı 1,3 milyard təşkil edən ölkədə smartfon istifadəçilərinin sayı 400 milyona yaxındır.
“IDC” analitik şirkətinin məlumatına görə, 2017-ci ildə Hindistana smartfonların tədarük həcmi 124 milyon qurğuya çatıb. Beləliklə, təkcə bir “Samsung” zavodu yerli bazarda smartfonlara tələbatı tam ödəyəcək. Lakin Hindistan bazarında bu yaxınlarda “Xiaomi” şirkəti smartfonların satışına görə “Samsung”u geridə qoyaraq lider mövqeyə sahib çıxıb.
Nizam Nuriyev
Baxış sayı: 566
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet