12px13px15px17px
Tarix:17/08/18

Smartfonların avtonom işləmə müddətini artırmaq üçün mobil proqram hazırlanıb

Bu proqram təminatı sayəsində displeyin ayrı-ayrı hissələrində ekranın parlaqlığı müxtəlif olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, Vaterloo Universitetinin alimləri tərəfindən hazırlanmış mobil tətbiqin köməyi ilə smartfonun avtonom işləmə vaxtını artırmaq mümkündür.
 
Bu proqram təminatı ilə ekranın parlaqlığı mobil tətbiqdən asılı olaraq, həmçinin ekranın ayrı-ayrı hissələrində müxtəlif olacaq: məsələn, istifadəçi bir proqramın pəncərəsini açarkən o, daha parlaq, digər pəncərə isə tutqun görsənəcək.
 
Məlum olub ki, bu proqramın aktivliyi vaxtı mobil qurğunun avtonom işləmə vaxtı 10-25% artıb. Qeyd edək ki, belə imkan yalnız OLED displeyli smartfonlarda əlçatandır.
 
Emil Hüseynov




Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024