Tarix:20/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni qurğunun ölçüsü orijinal “PlayStation” konsolundan təxminən iki dəfə kiçik olsa da, xarici görünüşünə görə oxşar olacaq. Qurğu dəstinə “HDMI” kabeli və iki idarəetmə coystiki daxildir, lakin istifadə üçün 5V-luq “USB AC” adapter də tələb olunur.
“PlayStation Classic” konsolunun satışlarına dekabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur. Qiyməti 99 dollar təşkil edəcək qurğu üçün ilkin sifarişlər isə artıq indidən qəbul edilir.
Yeni “PlayStation Classic” konsolunda o vaxtın 20 məşhur oyunu, o cümlədən “Final Fantasy VII”, “Jumping Flash”, “Ridge Racer Type 4”, “Tekken 3” və “Wild Arms” əvvəlcədən quraşdırılacaq. Konsola əvvəlcədən quraşdırılacaq oyunların tam siyahısı sonradan açıqlanacaq.
Nizam Nuriyev
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)
Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim edib. Bu hadisənin 25 illiyi münasibətilə şirkət onun “PlayStation Classic” adlanacaq kiçildilmiş surətini buraxacaq.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni qurğunun ölçüsü orijinal “PlayStation” konsolundan təxminən iki dəfə kiçik olsa da, xarici görünüşünə görə oxşar olacaq. Qurğu dəstinə “HDMI” kabeli və iki idarəetmə coystiki daxildir, lakin istifadə üçün 5V-luq “USB AC” adapter də tələb olunur.
“PlayStation Classic” konsolunun satışlarına dekabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur. Qiyməti 99 dollar təşkil edəcək qurğu üçün ilkin sifarişlər isə artıq indidən qəbul edilir.
Yeni “PlayStation Classic” konsolunda o vaxtın 20 məşhur oyunu, o cümlədən “Final Fantasy VII”, “Jumping Flash”, “Ridge Racer Type 4”, “Tekken 3” və “Wild Arms” əvvəlcədən quraşdırılacaq. Konsola əvvəlcədən quraşdırılacaq oyunların tam siyahısı sonradan açıqlanacaq.
Nizam Nuriyev
Baxış sayı: 512
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet