12px13px15px17px
Tarix:05/10/18

2018-ci ilin ən bahalı brendi məlum olub

“Interbrand” konsaltinq şirkəti cari ilin ən bahalı brendlərinin reytinqini tərtib edib. İlk pillədə “Apple” korporasiyası yerləşib. Bu brendin dəyəri 214,4 milyard dollar məbləğində qiymətləndirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ikinci pillədə 155,5 milyard dollarlıq dəyərə malik “Google” şirkəti yer alıb. 176 milyard dollarlıq dəyərə malik “Amazon” üçüncüdür, növbəti pillələri “Microsoft” və “Coca-Cola” tutub. Brendinin dəyəri 59,9 milyard dollar təşkil edən “Samsung” şirkəti yalnız 6-cı yerdə qərarlaşıb.
 
Bu halda “Interbrand” şirkətinin mütəxəssisləri bildiriblər ki, “Samsung” “Galaxy Note9” smartfonu, sürətli paltaryuyan maşınlar kimi perspektivli innovativ həllərə yatırım edir. Həmçinin beşinci nəsil rabitəsi, süni intellekt və "Əşyalar interneti" texnologiyaları üzrə həllər perspektivli görünür.
 
Emil Hüseynov





Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024