Tarix:11/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Samsung Galaxy A9” həm gündüz, həm də zəif işıqlandırma şəraitində çəkiliş üçün nəzərdə tutulan 24 meqapikselli sensorla (f/1.7, avtomatik fokuslanma) yanaşı, itkisiz ikiqatlı optik zum (10 meqapikselli sensor, f/2.4, avtomatik fokuslanma) üçün teleobyektiv, enlibucaqlı modul (baxış bucağı 120 dərəcə, 8 meqapiksel, f/2.4) və 5 meqapikselli kadr dərinliyi ötürücüsü ilə təchiz edilib.
Məlumata görə, yeni smartfon “Qualcomm Snapdragon 660” prosessorlu səkkiznüvəli sistemdən, 2,2 QHs takt tezliyində işləyən 4 nüvədən və 1,8 QHs tezlikli daha 4 nüvədən istifadə edir. Operativ yaddaş 6, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Bundan əlavə, qurğu 512 giqabayt tutumlu “microSD” yaddaş kartını, “Samsung Pay” funksiyası vasitəsilə “NFC” protokolunu və ödənişləri dəstəkləyir.
Smartfon “SuperAMOLED” matrisalı “FullHD+” (1080 x 2220 piksel) təsvir ölçülü 6,3 düymlük ekranla təchiz olunub. Çəkisi 183 qrama bərabər qurğu ölçüsünə görə sentyabrın sonunda təqdim edilən “Galaxy A7” modelindən böyükdür: 162,5 x 77 x 7,8 mm. Ötənilki “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Galaxy A9” modelinin akkumulyator tutumu 3800 milliamper/saat təşkil edir.
Nizam Nuriyev
Yeni “Samsung Galaxy A9” smartfonu 4 arxa kamera ilə təchiz olunub
“Samsung Electronics” şirkəti tarixdə ilk dəfə 4 arxa kamera ilə təchiz edilən yeni “Galaxy A9” smartfon modelini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Samsung Galaxy A9” həm gündüz, həm də zəif işıqlandırma şəraitində çəkiliş üçün nəzərdə tutulan 24 meqapikselli sensorla (f/1.7, avtomatik fokuslanma) yanaşı, itkisiz ikiqatlı optik zum (10 meqapikselli sensor, f/2.4, avtomatik fokuslanma) üçün teleobyektiv, enlibucaqlı modul (baxış bucağı 120 dərəcə, 8 meqapiksel, f/2.4) və 5 meqapikselli kadr dərinliyi ötürücüsü ilə təchiz edilib.
Məlumata görə, yeni smartfon “Qualcomm Snapdragon 660” prosessorlu səkkiznüvəli sistemdən, 2,2 QHs takt tezliyində işləyən 4 nüvədən və 1,8 QHs tezlikli daha 4 nüvədən istifadə edir. Operativ yaddaş 6, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Bundan əlavə, qurğu 512 giqabayt tutumlu “microSD” yaddaş kartını, “Samsung Pay” funksiyası vasitəsilə “NFC” protokolunu və ödənişləri dəstəkləyir.
Smartfon “SuperAMOLED” matrisalı “FullHD+” (1080 x 2220 piksel) təsvir ölçülü 6,3 düymlük ekranla təchiz olunub. Çəkisi 183 qrama bərabər qurğu ölçüsünə görə sentyabrın sonunda təqdim edilən “Galaxy A7” modelindən böyükdür: 162,5 x 77 x 7,8 mm. Ötənilki “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Galaxy A9” modelinin akkumulyator tutumu 3800 milliamper/saat təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 617
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet