Tarix:21/11/18
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, qəzetin mənbələrinin sözlərinə görə, şirkət “Samsung Galaxy” smartfonlarının bazara çıxarılmasının 10 illiyi münasibətilə istehlakçıları təəccübləndirməyi planlaşdırır. Yazıda deyilir ki, “Galaxy S10” smartfonunun fevralda təqdim ediləcək 3 variantında ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq. “Beyond X” adına malik olan 4-cü variant isə 6,7 düymlük diaqonala malik displeylə təchiz ediləcək.
Qəzetin məlumatına görə, “Beyond X” aparatı 6 kameraya malik olacaq: onlardan 2-si ön, 4-ü isə arxa paneldə quraşdırılacaq. Təxmin edilir ki, bu, daha yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.
Bundan başqa, belə tip smartfon məlumatları daha böyük sürətlə ötürməyə imkan verəcək “5G” beşinci nəsil mobil şəbəkəsinə girişi dəstəkləyəcək.
Emil Hüseynov
“Samsung” şirkəti 2019-cu ildə 6 kameralı smartfonunu təqdim edəcək
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti gələn il “Galaxy S10” smartfonunu 4 variantda (o cümlədən 6 kamera və böyüdülmüş ekrana malik) təqdim etmək niyyətindədir. Bu haqda ABŞ-ın “The Wall Street Journal” qəzeti məlumat verib.“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, qəzetin mənbələrinin sözlərinə görə, şirkət “Samsung Galaxy” smartfonlarının bazara çıxarılmasının 10 illiyi münasibətilə istehlakçıları təəccübləndirməyi planlaşdırır. Yazıda deyilir ki, “Galaxy S10” smartfonunun fevralda təqdim ediləcək 3 variantında ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq. “Beyond X” adına malik olan 4-cü variant isə 6,7 düymlük diaqonala malik displeylə təchiz ediləcək.
Qəzetin məlumatına görə, “Beyond X” aparatı 6 kameraya malik olacaq: onlardan 2-si ön, 4-ü isə arxa paneldə quraşdırılacaq. Təxmin edilir ki, bu, daha yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verəcək.
Bundan başqa, belə tip smartfon məlumatları daha böyük sürətlə ötürməyə imkan verəcək “5G” beşinci nəsil mobil şəbəkəsinə girişi dəstəkləyəcək.
Emil Hüseynov
Baxış sayı: 501
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet